Ramiz Mehdiyevin Sabirabaddakı ƏMANƏTİ... - NARAZILIQ!

Gundeminfo.az-a danişan mənbə bildirir ki, uzun illər Saatlı rayonunda icra başçısı işləmiş Siraqəddin Cabbarovun qəbuluna düşmək də mümkünsüzdür. "Başçının birinci müavini Həsən müəllim yerli əhalinin işi ilə yaxından maraqlanırdı. Hər zaman insanların xeyir-şərində yaxından iştirak edirdi. Artıq uzun müddətdir ki, Həsən müəllim (Həsən Həsənov icra başçısının birinci müavini red) koronavirusa yoluxub. Süni nəfəs aparatına qoşulub. İndi biz dərdimizi deməyə adam tapa bilmirik. Adamlar dərdini demək üçün gərək Prezident Adminstrasiyasına müraciət etsin ki, onların işi ilə kimsə maraqlansın" deyə sakinlər bildirirlər.
Gundeminfo.az xatırladır ki, Sabirabadın hazırki icra başçısı Siraqəddin Cabbarovun bir müddət əvvəl Dövlət Başçısı tərəfindən vəzifəsindən azad edilən PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə yaxın dostluq əlaqələrinin olmasına dair yerli mediada iddialar səslənib. Mənbəmiz iddia edir ki, S.Cabbarov indi də Ramiz Mehdiyevlə sıx təmasdadır və ondan bəzi təlimatlar alır. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.