Goranboyun icra başçısının ortağı görün, kim imiş... - İLGİNC FAKTLAR

Goranboyun icra başçısının ortağı görün, kim imiş... - İLGİNC FAKTLAR 2020-cu ildə Goranboy rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 833 min 872 manat məbləğində 10 tender keçirilib.

DİA.AZ-ın məlumatına görə, İcra hakimiyyəti 5 tenderə 1 milyon 297 min 028 manat xərcləyib. Goranboy Rayon İcra Hakimiyyətinin keçirdiyi ən böyük 2 tenderi "ƏRDAGI" MMC (458 min 925 və 458 min 926 manat) udub.

Melorasiya və Su Təsərrüfatı Komitəsi ümumi məbləği 478 min 739 manat olan 2 tender müsabiqəsi keçirib. Hər iki tenderin qalibi "KASKAD-HİDRO" MMC olmuşdur.

Goranboyun icra başçısının ortağı görün, kim imiş...

Dia.az olaraq "ƏRDAGI" MMC ilə bağlı araşdırma apardıq və ortaya maraqlı faktlar çıxdı. Məlum oldu ki, bu MMC 2020-ci ilin aprel-senytabr aylarında ümumilikdə 9 milyon 218 min 722 manatlıq 7 tender qazanıb.

MMC-nin qazandığı tenderlər Goranboy, Göygöl, Gəncə və Samux İcra Hakimiyyətinin elan etdiyi küçə təmiri və abadlıq tenderləridir.
Gəncə İcra Hakimiyyəti 2 tender üçün şirkətə 7 milyon 145 min 560 manat ödəyib. Tenderlərin adları və məbləğləri aşağıdakı kimidir:

“Gəncə şəhərində abadlıq-quruculuq işlərinin satın alınması” – 3 milyon 174 min 710 manat; (6 iyun 2020)
“Gəncə şəhərində yolların təmiri işlərinin satın alınması” – 3 milyon 970 min 850 manat; (15 aprel 2020)

Goranboy İcra Hakimiyyəti 3 tender üçün şirkətə 830 min 78 manat ödəyib. Tenderlərin adları və məbləğləri aşağıdakı kimidir.

“Goranboy şəhərində küçələrin asfalt-beton örtüyünün təmiri işlərinin satın alınması” – 458 min 925 manat; (1 sentyabr 2020)
“Goranboy şəhər küçələrində səkilərin bərpası və işıqlandırma sistemlərinin quraşdırılması” – 217 365 manat; (1 sentyabr 2020)
“Goranboy şəhərində abadlıq işləri” – 153 788 manat; (18 iyun 2020)
Göygöl İcra Hakimiyyəti 1 tender üçün şirkətə 859 min 425 manat ödəyib. Tenderin adı və məbləği aşağıdakı kimidir.

“Göygöl şəhərinin D.Qorqud, Niyazi və S.Bəhlulzadə küçələrində yolların əsaslı təmiri” – 859 min 425 manat; (23 may 2020)

Samux İcra Hakimiyyəti 1 tender üçün şirkətə 859 min 425 manat ödəyib. Tenderin adı və məbləği aşağıdakı kimidir.

Samux şəhəri daxilində yol və küçələrin təmiri” – 383 min 659 manat; (3 sentyabr 2020)

Qeyd edək ki, “ƏRDAGI” MMC 1992-ci ildə, 10,6 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Nazim Məmmədov Fuad oğludur. Hər halda, bu məqamlar Goranboyun icra başçısının "ƏRDAGI SEVDASI"nı daha da diqqətə gətirir...

Araşdırmalarımız davam edir...
Geri qayıt