Naftalan icra hakimiyyətinin öz balaca dünyası var... - İLGİNC

Naftalan icra hakimiyyətinin öz balaca dünyası var... - İLGİNC 2020-cu ildə Naftalan rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 674 min 057 manat məbləğində 6 tender keçirilib.

Dia.az-ın məlumatına görə, İcra hakimiyyəti 3 tenderə 386 min 201 manat xərcləyib.

Naftalan Şəhər İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderi "UĞUR TİKİNTİ" MMC udub. Belə ki, "ƏRDAGI" MMC dəyəri 339 min 784 manat olan tenderin qalibi olub.

Naftalan Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi ümumi məbləği 268 min 096 manat olan 2 tender müsabiqəsi keçirib. Ən böyük tenderlərin qalibi "Mingəçevir Təmir Tikinti-18" MMC (145 min 116 manat) olmuşdur.

2020-cu ildə Naftalanda Rayonunda keçirilən tenderləri təqdim edirik.

DİA.AZ bildirir ki, Naftalanda tenderləri udan şirkətlərin hər biri haqqında yerli KİV-də kifayət qədər neqativ informasiyalar var. Ən maraqlısı isə odur kiŞ başçının etimad göstərib pul qazandırdığı şirkətlərdən olan “UĞUR-TİKİNTİ” MMC-nin 1824399.42 AZN vergi ödəyicisi kimi barəsində heç bir məlumat yoxdur.

Araşdırmalarımız davam edir.
Naftalan icra hakimiyyətinin öz balaca dünyası var... - İLGİNC
Geri qayıt