Beyləqanda sahibkarlar dad deyir... - GİLEY

Beyləqanda sahibkarlar dad deyir... - GİLEY Beyləqanda kiçik sahibkarlıqla məşğul olan, kiçik mağazalar işlədən insanlar pandemiya və müharibə dövründə yerli məmurların qəbul etdikləri haqsız qərarlara etiraz edərək, Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

DİA.AZ bildirir ki, müraciəti kiçik sahibkarlardan biri, Beyləqan şəhər sakini Məhəmməd Təhməzov öz facebook səhifəsində paylaşıb:

Cənab prezdent, hər zaman xalq sizə inanır və arxanızdadı, amma ətrafınızdakıların xalqa qarşı ədalətsizlikləri davam etməkdədir. Vətən müharibəsində sadə xalq döyüşdü, şəhid olan da, qazi olan da, vətənin keşiyində duran da, orduya maddi mənəvi dəstək olan da sadə xalq və orta sahibkarlar oldu. Bir nəfər də olsa, iri məmurlar və onların övladları qatılmadı. Bu gün də müharibə bitib, pandemiyadı və bundan zülm çəkən, ədalətsiz qanunlar qarşısında aciz qalan sadə xalq və orta sahibkarlardı. Gün ərzində elə balaca köşk formasında mağazalar var ki, ora 5- 10 nəfər maksimum adam girir. Amma böyük supermarketlərə 300 – 350 nəfər daxil olur. Balaca mağazalara girən az sayda adam virus daşıyıcısı olur, amma 300 – 350 nəfər daxil olan marketlər virus daşıyıcısı deyil? Həm də xırda sahibkarların hamısının iri kredit borcları və mağazanın kirayə haqları var ki, artıq onlar canlı meyiddilər. Fakt reallıq budur. Aydın məsələdi ki, bu ağır müharibədən çıxmış və pandemiyanın hökm sürdüyü bir vaxtda ədalətsiz qəbul olunan, şəxsi maraqlara xidmət edən qanunlar camaatda güclü narazılıq yaradır. Görünən tərəfi də odur ki, monapoliya yenə hökm sürür. Böyük marketlərdə satılan şirkət malları hamısı iri çinli məmurlara aiddir. Ona görə ki, onları xalqın sağlamlığı maraqlandırmır, onları qazancları maraqlandırır. Cənab prezdent, orta və xırda sürünən sahibkarları məhv edirlər… Başa düşürük, pandemiyadı, amma pandemiyaya düzgün riayət etmirik. Çünki qərarları ədalətsiz və şəxsi maraqlara xidmət göstərən yazı-pozudur.
Geri qayıt