"Həkim məzuniyyətdədir, kefi nə vaxt istərsə, o vaxt gələcək" - Kürdəmirdən ŞİKAYƏT

DİA.AZ xəbər verir ki, onlar 50 km məsafəni qət edərək, səhər saat 9:00 – dan 12:00 – a qədər rentgen aparatında işləyən həkimi gözləyiblər. Həkim gəlmədikdə isə bununla bağlı, Poliklinikanın şöbə müdürinə müraciət ediblər.
Poliklinikanın şöbə müdiri Sabir Novruzov isə onlara: “Həkim məzuniyyətdədir. Kefi nə vaxt istərsə, o vaxt gələcək,” sözlərini deyib. Bundan sonra onlar bu barədə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə şikayət bildirsələr də, onların şikayətinə hələki baxılmayıb.