Goranboyda narazılığı kimlər yaradır? - GİLEY

Goranboyda narazılığı kimlər yaradır? - GİLEY Bu günlərdə redaksiyamıza Goranboy rayonu V. Bayramov küçəsi ev 46 da yaşayan İbrahimov Alim Oqtay oğlu tərəfindən müraciət daxil olub.

Həmin müraciətdə Oqtay İbrahimov bildirir ki, "Sizə müraciət etməkdə məqsədimiz odur ki, Goranboy Rayon 20 saylı Ərazi Məşğulluq Mərkəzinin filial müdiri Nicat Ələsgərovun hiyləsindən cana doymuşuq.

Belə ki, həyat yoldaşımı 4 aydan çoxdur ki, Goranboy rayon Məğulluq Mərkəzində işsiz kimi qeydiyyata alıblar. Ancaq bu günə qədər işlə təmin etməyiblər. Ancaq həyat tərzi yaxşı olan insanlar üçün tez iş tapılır. Dəfələrlə müraciətlərimizə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr əsas gətirərək işlə təmin etməkdən yayınıblar. Prezidentə şikayət edəcəyimizi bildirdikdə isə, öz tərəfindən yalançı yoxlamalar etdirərək gözdən pərdə asmaqla, şikayətimizin qarşısını almağa çalışırlar. Bizi kimi neçə belə imkansız insanlar var ki, onlar da qeydiyyatda olmalarına baxmayaraq işlə təmin olunmurlar. Qeyd edim ki, insanları aldatmaq məqsədilə, iki aylıq müqavilə bağlayıb işlə təmin edirlər, bu müddət bitdikdən sonra, insanlar yenidən işsiz qalırlar. Bu şəxs Məşğulluq Mərkəzinin rəhbər vəzifəsinə gələndən sonra, əksəriyyət şəxslər problemlə üz-üzə qalıb. Nə yerində tapmaq olur, nə də ki, normal şəkildə vətəndaşları qəbul edir. Bilmirik ki, dərdimizi kimə deyək. Hər dəfə ayrı-ayrı yalanlarla adamları işlə təmin edəcəyik deyə yalan vədlər verirlər. Ancaq şəxsi maraqlarına uyğun olan şəxsləri işlə təmin edirlər.
Hörmətli GundemXeber.Az redaksiyası!Sizdən xahiş edirəm ki, başıma gələn problemlərlə bağlı ünvanınıza göndərdiyim müraciətimi saytınızda dərc edib ictimailəşdirəsiniz. Bəkə səsimizə səs verib, bizim işlə təmin olunmağımıza köməklik edən oldu. İnsanlara qarşı nahaqdan problem yaradan idarənin müvafiq qurumlar tərəfindən ciddi və dərindən yoxlamaya ehtiyacı var." //GundemXeber.Az//
Geri qayıt