Bu kəndin məktəbliləri pandemiyada bir dəfə də olsun təhsil üzü görməyiblər...

DİA.AZ-ın məlumatına görə, sakinlər bildirir ki, kənddə 10 – 15 ailə vardır ki, illədir internet problemi ilə qarşılaşırlar.
Kənddə ümumiyyətlə telefon xətti yoxdur. Kənd sakinləri dəfələrlə bu problemlərlə bağlı rəsmi şəkildə həm Kürdəmir rayon İcra Hakimiyyətinə, həm də Kürdəmir rayon Telekomunikasiyya İdarəsinə şikayət bildiriblər. Ancaq hələ də onlara heç bir köməklik olunmayıb.