Daha bir yaralı Qarabağ Qazisi ÇƏTİN DURUMDA - Qazi atası icra başçısından Prezidentə şikayət etdi

Daha bir yaralı Qarabağ Qazisi ÇƏTİN DURUMDA - Qazi atası icra başçısından Prezidentə şikayət etdi Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə
surəti; Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
Göyçay rayonu Müskürlü kənd sakini Məmmədov Ramazan Əvəz oğlu tərəfindən
ƏRİZƏ
Hörmətli Prezident !
Hörmətli Mehriban xanım !
Bu ərizəmdə yazıb Sizə bildirirəm ki, mənim oğlum 04.07.1997-ci il tarixdə anadan olmuş Rüstəm Məmmədov Azərbaycan Respublikası Prezidentinin 21.09.2020-ci il tarixli sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən 21.09.2020-ci il tarixdə səfərbərliyə cəlb edilərək hərbi hissəyə aparılmışdır.
Oğlum Rüstəm vətən müharibəsində şücaət, qəhrəmanlıq göstərmişdir.02 noyabr 2020-ci il tarixdə Suqovşanda gedən döyüşlərdə ağır yaralanmışdır.Ayağı bir neçə yerdən sınmış, başından və bədəninin müxtəlif yerindən qəlpə yaraları almışdır.Yevlax rayon Xəstəxanasında müalicə olunmuş, sonra hərbi hissə komandiri tərəfindən məzuniyyətə buraxılmışdır.Hazırda ayağı gipisdədir dəmir konstruksiyadadır.Hələ sağalmayıb sol nahiyədə görmə və eşitmə qabiliyyəti yoxdur.Özüm Azərbaycan Dəmir Yolları QSC-nin Ucar ərazisində dəmir yolunda fəhlə işləyirəm. Övladlarımın böyüyü Rüstəmdir digər 3 övladım azyaşlıdırlar.
Acınacaqlı yoxsul vəziyyətdə yaşayırıq heç bir yerdən maddi köməyimiz yoxdur.Yaşadığımız Müskürlü kəndindən Göyçay rayon Xəstəxanasına 20 km məsafədir.Hər gün oğlumu ora aparıb gətirməyə belə maddi imkanım yoxdur.Evimiz qəzalı vəziyyətdədir ki, hər an uça bilər.Göyçar Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə bir dəfədə olsun Vətən müharibəsi qazisi olan ağır yaralı oğlumla maraqlanmayıb. Hansı ki, oğlum Rüstəmin qazi olmasından onun xəbəri var.
Bəli sevincimizin həddi-hüdudu yoxdur.Çünki Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti nəticəsində 30 illik həsrətə son qoyuldu Azərbaycanın şanlı ordusu qələbə çaldı erməni vəhşilərdən torpaqlarımız azad etdi.Bütün bu qəhrəmanlıqların başında hörmətli Prezidentimiz Ali Baş Komandanımız cənab İlham Əliyev dayanır.
Bizim ailə ancaq İlham Əliyevə inanırıq ona güvənirik.Ağır yaralı qazi oğlum Rüstəmin müalicəsi üçün maddi imkanımız yoxdur.Həmçinin Rüstəm hərbi xidmətdə ağır yaralanıb əmək qabiliyyətinin 90 % hissəsini itirdiyi üçün ona əlillik dərəcəsi təyin edilməldir.Buna isə bizim savadımız təcrübəmiz yoxdur ki, Rüstəmin xəstəlik sənədlərini toplayıb lazımi orqana təqdim edək ki, ona əlillik dərəcəsi təyin edilsin.
Buna görə Sizdən xahiş edirəm Vətən müharibəsi qazisi Məmmədov Rüstəm Ramazan oğlunun müalicəsinə və əlillik dərəcəsi almasına köməklik göstərəsiniz.Bizim inam və güvənc yerimiz tək Prezidentimiz Ali Baş Komandanımız cənab İlham Əliyev və Mehriban xanım Əliyevadır..Allah Prezidentimizi və Mehriban xanımı qorusun, Qarabağ Azərbaycandır !
Əlaqə telefonu; (050) 733-94-39
Daha bir yaralı Qarabağ Qazisi ÇƏTİN DURUMDA - Qazi atası icra başçısından Prezidentə şikayət etdi




Geri qayıt