Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb

Ağsuda COVİD-19 xəstəsi barədə cinayət işi başlanılıb Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağsu şəhər sakini Gülalı Əliyevin COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib, qaydalar izah olunub və qoyulan tələblərə riayət etməsi tapşırılıb. G.Əliyev qaydaları pozmaqla olduğu ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. O, rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb, həkimlərin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.

Ağsu Rayon Polis Şöbəsində G.Əliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Geri qayıt