Qusarda evdən çıxan koronavirus xəstəsi saxlanıldı

Qusarda evdən çıxan koronavirus xəstəsi saxlanıldı Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVİD-19 virusuna yoluxan 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 18-də Balaqusar kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş T.Musayev polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Müəyyən edilmişdir ki, T.Musayevin koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunmuş, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılmışdır. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk etmiş və digər insanlar üçün real təhlükə yaratmışdır.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilmiş və həmin şəxs Təcili Tibbi Yardım avtomobili ilə koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilmişdir.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVİD-19” virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilmişdir.

Belə ki, noyabrın 18-də Vladimirovka kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş İ.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Müəyyən edilmişdir ki, İ.Mürsəlovun koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunmuş, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılmışdır. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk etmiş və digər insanlar üçün real təhlükə yaratmışdır.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilmiş və həmin şəxs Təcili Tibbi Yardım avtomobili ilə koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilmişdir.
Geri qayıt