Tovuz icra hakimiyyətinin avtomobili qaydaları belə pozur - VİDEO

Tovuz icra hakimiyyətinin avtomobili qaydaları belə pozur - VİDEO Biz dəfələrlə məmurların, yüksək vəzifəli şəxslərin xidməti avtomobilləri ilə özbaşınalıqlarının, yol hərəkəti qaydalarını heçə saymasının şahidi olmuşuq.
Bu dəfə Tovuz icra hakimiyyətinə məxsus xidməti avtomobili yol hərəkəti qaydalarını kobud şəkildə pozarkən görüntülənib.
Xidməti avtomobili Tovuzun girəcəyində yol hərkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülər üçün qəza vəziyyəti yaradıb.
Bolgexeber.com -un əməkdaşı Tovuz icra hakimiyyətinə məxsus avtomobilin sürücüsünün idarə etdiyi maşının qayda pozuntularını lentə alıb.
Xidməti avtomobil qaydaları pozaraq manevrlər etdiyindən yolda qəza təhlükəsi yaranıb. Avtomobil qoşa xətti tapdalayıb, qarşıdan gələn avtomobillərin hərəkət istiqamətinə çıxaraq yol hərəkəti qaydalarını kobud pozub.
Görüntülərdən də aydın olur ki, icra hakimiyyətinin avtomobili qaydalara əməl etmədən hərəkətini davam etdirir. Məsələ ilə bağlı Bolgexeber.com olaraq Tovuz icra hakimiyyəti ilə əlaqə saxladıq.
Tovuz rayon icra hakimiyyətinin başçısının müavini bizdən videogörüntü istədi. Lakin biz həmin videogörüntünü təqdim etsək də icra başçısının müavini bizə heç bir açıqlama vermədi.
Geri qayıt