Cəlilabad təhsilində ŞOK OLAY: Məktəb direktorları qəbirstanlıqda aylıq verir

Cəlilabad təhsilində ŞOK OLAY: Məktəb direktorları qəbirstanlıqda aylıq verir Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədovanın qanunazidd əməlləri bitib tükənmək bilmir.

Bu barədə dosye.org-a məlumat verən mənbənin sözlərinə görə, Q. Əhmədova rayon təhsilini öz şəxsi obiyekti kimi idarə edir. Tam məlum oldu ki, istər rayon rəhbərliyini, istərsədə Təhsil Nazirliyini belə bir maraqlı və cəlbedici variantlar qane edir. Mənbəmiz daha sonra əlavə edir ki, Q. Əhmədova hətta pandemiya dövründə məktəb direktorlarından pul yığılmaması haqqında ciddi göstıriş alsa belə öz sürücü vasitəsi ilə gah “Tut bağında “, gah da “Qəbristanlıqda” rüşvət toplayıb.

Rayonda elə bir məktəb yoxdur ki, direktora aylıq verməsin , “ölü can “ olan texniki işçilərinin məvacib kartı RTŞ müdirinin əlində olmasın. Bu məktəblərin içərisində rüşvət almayan və verməyən yeganə məktəb direktoru Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Zaur Ələkbərov idi ki, ona da Qərənfil Əhmədova işləməyə imkan vermədi. Təhsil Nazirliyindəki havadarları vasitəsi ilə Zaur Əlkəbərovun müddətli əmək müqaviləsinə xitam verdirmişdi.

1500 nəfərdən çox Göytəpə şəhər sakininin nazirliyə müraciət edərək Zaur Ələkbərovla yenidən müqavilə bağlanılması istənilsədə, güman edilir ki, Qərənfil Əhmədova buna imkan vermir. Təhsil Naziri cənab Emin Əmrullayevin bir daha diqqətinə çatdırmaq istəyirik ki, orta məktəb direktorları çıxılmaz durumdadır. Onlara rüşvətsiz işləməyə imkan verilmir. Guman edirik ki, məsələ Təhsil Nazirliyi tərəfindən araşdırılacaq və təhsilimizə xələl gətirən şəxslər öz layiqli cəzalarını alacaqdır. Mövzü diqqətimizdədir…

DOSYE.ORG
Geri qayıt