Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM

Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM Sabirabad rayon Olimpiya kompleksində pandemiya dövründə müdhiş talan faktı baş verib. DİA.AZ-a rayondakı mənbələrdən daxil olan məlumata əsasən Sabirabad Olimpiya Kompleksində dövlət tərəfindən ayrılan vəsaitlər mənimsənilib.

Belə ki, Gənclər və İdamn Nazirliyinin tabeliyində olan kompleksin saxlanılması üçün yardım ayrılıb. Bildirilənə görə, sərt karantin günlərində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə işçilərə ayrılan sosial yardımlar mənimsənilib. 30-a yaxın işçisi olan Sabirabad Olimpiya Kompleksində çalışan sıravi işçilər üçün ayrılan yardımlar başqa xərc adı altında hesabdan çıxarılıb.

Dia.az-a verilən məlumata əsasən kompleksin müdiri Oqtay Mehdiyev və baş mühasib Ədalət Quliyev əlbir olaraq vəsaitləri mənimsəyiblər. İddialara görə, kompleks işçiləri üçün ayrılan birdəfəlik sosial yardımları öz aralarında bölüşdürən müdir və baş mühasibin bu hərəkəti işçilər arasında ciddi narazılığa səbəb olub.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Geri qayıt