İcra başçısı dövlətin 200 min manatın qoyub cibinə - Tovuzda

İcra başçısı dövlətin 200 min manatın qoyub cibinə - Tovuzda Ermənistan Respublikası Silahlı Qüvvələrinin 2020-ci ilin iyul ayının 12-dən başlayaraq Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəydi.
Həmin ərəfədə “Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyev “LAF TV” youtube kanalında müsahibə verərək bu dönəmdə RİH başçısının rayonda olmamasını diqqətə gətirərək Məmməd Məmmədovu sərt şəkildə tənqid etdi.
Buna cavab olaraq Tovuz İH-ti yumşaq bir açıqlama verərək qeyd etdi ki, başçı işinin başında olur.
Bəlkə də işinin başında olur. Ancaq necə. Təyinatından az vaxt keçsə də başçı haqda müsbət fikir yürüdən rayonda az tapılar. Məmməd Məmmədovun başçı rayonun inkişafına yox,şəxsi biznesini inkişaf etdirməyə qarışıb.

Aktualxeber.az-a verilən məlumatlarda rayondakı böyük korrupsiya faktları haqda xəbərlər yer alır.
Bunlardan təkcə birinə nəzər salaq. Dövlət Bozalqanlı kəndindəki məktəbin söküntüsünə 200 min manat ayırıb.
Əla biznes ideyası olan Məmməd Məmmədov bu vəsaitin hamısını qoyub cibinə. Xəbər yollayıb, deyib ki, kim məktəbin söksə söküntüdəki materialları apara bilər. Yəni məktəbin hər mərtəbəsin 7 minə satıb.
Əla ideyadı. Həm dövlətin pulun qoyub cibinə, həm də sökülən binanın mərtəbələrin belə satıb.
Ərazidə 3/2-yə beton plitələr də 400 manatdan az vaxta satılaraq icra başçısının şəxsi büdcəsinə gedib. 100-lərlə beton plitə olub.
Bundan başqa icra başçısı Alakol kəndində 140 hektar torpağı qanunsuz mənimsəyərək kartof əkdirib.
Torpaq sevgisi onu özünə necə çəkirsə rusiyalı iş adamı , “Ocaq” Şadlıq Evinin sahibi Ramizin də torpaqlarına gözü düşüb.
Sonda iş adamı mesaj yollayıb ki, bir daha onu narahat etsə yuxarı instansiyalara şikayət edəcək.
Düşmənlə üz-üzə olan,həssas bir bölgədə belə kadrlara,belə başçıya yer olmamalıdır.

Ardı var.
Geri qayıt