"DTX Yardımlıda əməliyyat keçirmək istəsə..." - Müraciət...

"DTX Yardımlıda əməliyyat keçirmək istəsə..." - Müraciət... "Bu gün Yardımlı rayonunda icra başçısı Ayaz Əsgərovun sözü keçmir desək, yanılarıq. Amma bildiyimiz odur ki, Yardımlını Mahir Mirzəyev idarə edir. Başçının müavini olan bu kəsin rayonda kəsdiyi başa sorğu-sual yoxdur".
Bu sözlər DİA.AZ-a edilən müraciətdəndir.

Daha sonra müraciət müəllifi yazırlar: "Biz dia.az vasitəsilə ölkə rəhbərliyinə müraciət edirik. Əgər Mahir Mirzəyev həqiqətən də layiqli kadrdırsa, elə Ayaz müəllimi çıxarın, onun yerinə Mirzəyevi təyin edin. Heç nə dəyişməyəcək. Yardımlı başdan-başa Mirzəyevin ayaqları altındadır. Son günlər ümumiyyətlə, mətbuatı da vecinə almır. Əgər əvvəl bir yazı yazılanda narahat idisə, indi narahat da deyil. Elə deyir ki, "yuxarıda" daydayı atpıb özünə. Bilmirik kimdir, amma əzab çəkən Yardımlı camaaatıdır..."

Narazı vətəndaşlar dia.az-a bildirirlər ki, əgər YArdımlıda DTX əməlyyat keçirsə, digər rayonlardan fərqli olaraq gərək ki, burada başçını yox, müavini əsas şəxs kimi həbs etsin: "Mahir Mirzəyev çünki başçıdan da səlahiyyətlidir. Əgər DTX araşdırma aparmaq istəsə, ondan başlasın. Başçı fağırın biridir. Ona baxanda..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt