İcra başçısının uğursuz kadrı! Nizami Vəliyev 42 min manat vəsaiti mənimsəməkdə ittiham olunur

İcra başçısının uğursuz kadrı! Nizami Vəliyev 42 min manat vəsaiti mənimsəməkdə ittiham olunur Əgər xatırlayarsınız ki, bir müddət əvvəl Beyləqanda Yaşıllaşdırma İdarəsinin müdiri Nizami Vəliyevlə bağlı tənqidi yazı dərc etmişdik. Məqalədə etibarlı mənbələrə istinadən bildirilirdi ki, N.Vəliyev əvvəllər Beyləqan Zona Baytarlıq Labarotoriyasının müdiri vəzifəsində işləyərkən, laboratoriyanın balansında olan 15 ədəd süni mayalanma aparatılarını, bir ədəd lafeti (qoşqu vasitəsi) sataraq pulunu mənimsəyib. Həmçinin, təəccübümüzü ifadə etmişdik: Necə olur ki, rayon rəhbərliyi Laboratoriyanın təhvil-təslim aktı əlində olmayan Nizami Vəliyevi başqa bir məsul vəzifəyə təyin edir. (Əvvəlki yazıları bu link vasitəsi ilə oxuya bilərsiniz: https://realmedia.az/baytar-ginekoloq-mamaca-nizami-v%c9%99liyev-nec%c9%99-idar%c9%99-mudiri-oldu/)

Bu günlərdə isə redaksiyamıza əlavə məlumatlar daxil olub ki, N. Vəliyev Beyləqan Zona Baytarlıq Labarotoriyasına rəhbərlik edərkən idarəyə məxsus labarotor cihazları da sataraq, 42 min manat vəsaiti mənimsədiyi üçün təhvil -təslim edə bilmir. Bildirilir ki, işlədiyi müddətdə N.Vəliyevin yalnız 3 illik fəaliyyəti yoxlanılıb. Sonrakı təxminən iki illik fəaliyyəti isə yoxlanılmayıb və mənfi nə baş veribsə, əsa)sən elə həmin 2 ildə baş verib. (https://realmedia.az/nizami-v%c9%99liyevin-s%c9%99xsi-is-mu%c9%99mmasi-v%c9%99-ya-kisilik-m%c9%99kt%c9%99bind%c9%99n-kecm%c9%99y%c9%99n-nizami-v%c9%99liyev-gucunu-arvadlara-gost/

Beləliklə, bu sual yenə açıq qalır ki, icra başçısı cənab Asif Ağayev hansı özəl “statusuna” görə N.Vəliyevi rəhbər vəzifəyə təyin edərək, ona “külli-ixiyar” verib? Maraqlıdır ki, Vəliyev harda oturur – durursa, özünü icra başçısının ən yaxın adamı, həm də rayonda başçının kadr siyasətini yönəldən biri kimi təqdim edir.(https://realmedia.az/beyl%c9%99qanda-9-b-idar%c9%99-mudiri-nizami-v%c9%99liyev-davranis-pozuntulari-diaqnoz-il%c9%99-neqodniy-bilet-allib/)

Ancaq Asif Ağayevi tanıdığımızdan və onun yüksək intellektinə yaxşı bələd olduğumuzdan, deyə bilərik ki, N.Vəliyev isisnasını nəzərə almasaq, Asif müəllim həyata keçirdiyi kadr siyasətində heç vaxt yalnışlığa yol verməyib. Hər halda rayon rəhbərinin N.Vəliyevə vəzifə verməsi yalnış olsa da, onu da bilirik ki, bu yalnışlıq icra başçısının yox, N.Vəliyevi başçıya təqdim edənin yalnışıdır. Təqdimat verən şəxsin kimliyindən asılı olmayaraq, hər halda ümid edirik ki, cənab başçı çox keçmədən Nizami Vəliyev gerçəklikləri nəzərə alıb, onu vəzifədə çox saxlamayacaq.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq!

RealMeda.az
Geri qayıt