Şəki xəstəxanasının baş həkimindən şikayət: "Şəlalə xanım adında olan, ..."

Şəki xəstəxanasının baş həkimindən şikayət: "Şəlalə xanım adında olan, ..." Sosial şəbəkə istifadəçisi Məmmədova Ülkər (Mammedova Ulker) Şəki şəhəri xəstəxanasının baş həkimi Şəlalə xanımdan şikayət edir. Ülkər xanım yazır:

"Deməli bugün Şəki şəhəri təzə xəstəxanada oldum ordakı polislərdən tutmuş həkiminə kimi narazı qaldım .Təsəvvur edin səhər 9.00da xəstəxanaya getmişəm sağlamlıq kagizindan ötrü uşağın texnikuma sənədlərini vermeycün.
Şəlalə xanım adında olan, özünü həkim adlandıran şəxs saat 10.00 da 5 dəqiqəliy keçirirmiş həkim ordan gəlib. Sonra aşağıdakı öz işçilərini 5deq adı altında yarım saat söhbət aparıb.Bunlar bir yana qapının ağzında 30 nəfərə yaxın adam gözləyir ki, bu xanımın iclası bitsin kagizlara pecat vursun.
Hələ bu azmış kimi ordakı serjantlar qayda qanun yaratmaqdan özləri qanunu pozub ciblərində kagiz gətirb pecat vurdururlar."

"Hardasa saat 1yarsi olanda da Şəlalə xanım birdə qalxdı baş həkim guya çağırır, gedb yemək yeməyə aşağı dusəndədə saat 2 nin yarsiydi.
Ay başına dönüm bu baş həkim gormurki iş saatı 9-4 kimidi?
Bu xanımda onun adından istifadə edib işini görməydən gedir gelir. Bir pecat vurmaq nə çətin iş imiş bunun birdaha şahidi oldum."
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az
Şəki xəstəxanasının baş həkimindən şikayət: "Şəlalə xanım adında olan, ..."
Geri qayıt