Daha bir məmur övladına nişan mərasimi keçirdi — Bəy İcra hakimiyyətinin işçisidir - VİDEO

Daha bir məmur övladına nişan mərasimi keçirdi — Bəy İcra hakimiyyətinin işçisidir - VİDEO Azərbaycanda daha bir məmur pandemiya dönəmində övladına nişan mərasimi keçirib.

Bu, barədə "Ölkə.Az" saytı məlumat yayıb. Belə ki, Ağdam rayon təhsil şöbəsinin müdiri Mətanət Misirxanovanın qızı Mehparə Əzizovanın nişan mərasimi olub. Mərasim iyulun 9-da Ağdam rayonu Quzanlı qəsəbəsində baş tutub. Bildirilir ki, nişan mərasimində Ağdam rayon icra hakimiyyətinin də yüksək vəzifəli şəxsləri iştirak edib. Sadəcə onlar üçün digər otaqda xüsusi masa açıldığından əldə etdiyimiz görüntülərdə yoxdurlar.
Xatırladaq ki, 30-dan artıq insanın iştirakıyla keçirilən mərasimdə Misirxanovanın qızı Mehparə Əzizova Fəzəməli Nurlan Muradxan oğlu adlı şəxslə nişanlanıb. Qeyd edək ki, Fəzəməli Nurlan Ağdam rayon icra hakimiyyətinin işçisidir.

Həmin görüntüləri təqdim edirik:
Geri qayıt