Vidadi İsayev də qara maskalıları "gözləyir" - Başçı vətəndaşı izlətdirir - Başıma bir iş gəlsə günahkarı Vidadi İsayevdir - ŞOK Şikayət

Vidadi İsayev də qara maskalıları "gözləyir" - Başçı vətəndaşı izlətdirir - Başıma bir iş gəlsə günahkarı Vidadi İsayevdir - ŞOK Şikayət Son illərdə Azərbaycanın hökumət strukturunda ciddi və əsaslı kadr islahatları aparılır. Bunlar həm də nazirlik, nazirlər və icra başçıları səviyyəsində zaman-zaman həyata keçirilib.
Prezidentin Nazirlər Kabinetinin iclasında sonuncu çıxışı məmurlara növbəti xəbərdarlıq idi: qanunsuz ağac kəsimi, vətəndaşların incidilməsi, torpaqların satılması, sahibkarların sıxışdırılması, özbaşınalıq və s.
Lakin bu çıxışlardan dərs götürməyənlər olur və onların aqibəti yaxşı qurtarmır. Baxmayaraq ki, zamanında dəfələrlə onlara eşitdirilir, media ictimai nəzarəti artırır.
Bu qulaqardılarla fəaliyyətini davam etdirən məmurların axırı ya vəzifədən qovulmaq olur, ya da barəsində cinayət işi açılmaq.
Amma nəticə çıxarmayanlar, dərs götürməyənlər azalmır ki, azalmır. Onlardan biri elə medianın gündəmindən düşməyən, əməlləri ilə rayonu hər gün qarışdıran Bərdənin icra başçısı Vidadi İsayevdir. Onun adı elə qanunsuz iş yoxdur ki, hallanmasın.
Bu da prezidentin birbaşa masasına dosye şəklində getməkdədir. Dövlət başçısı özü bildirmişdi ki, bəzən hansısa nöqsanlardan, məmurların özbaşınalıqlarından mətbuat vasitəsi ilə xəbər tutur.
Bir çox saytların apardığı araşdırma zamanı internet resurslarında Vidadi İsayev haqda o qədər ittihamlar, informasiyalar meydana çıxdı ki, prezident onların bir neçəsi ilə tanış olarsa, ertəsi sərəncamını verərək vəzifəsindən azad edər.
Son olaraq bizdə bu mövzunu daim diqqət mərkəzində saxlayaraq jurnalist araşdırmalarımızı davam etdirəcək və əgər cavab gəlsə onlarında mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazır olduğumuzu bəyan edirik.
/azerinfo.az/


Geri qayıt