Lerikdə acınacaqlı mənzərə... - VİDEO

Lerikdə acınacaqlı mənzərə... - VİDEO Dəyərli oxucular! Son vaxtlar ölkə boyu meşələrin məqsədli şəkildə məhv edilməsi prosesi reallıqa çevrilmişdir. Biz artıq həyəcan təbilini çalaraq bu barədə aidiyyatı qurumlara mesaj vermişik. Amma təssüflər olsun ki nədənsə cavabdeh məsul şəxslər susmağa üstünlük verirlər. Hər dəfə Lerik meşələrinin acınacaqlı durumu ilə bağlı silsilə yazılar versəkdə, video görüntülər fakt olaraq təqdim etsəkdə sanki bizlərə olan patoloji nifrətin qəzəbini, əvəzini "yaşıl soyqırıma "-məruz qalmış Lerik meşələrindən çıxmalı olurlar.

Azerinfo.az xəbər verir ki, Bütün bunlara baxmayaraq biz bu mövzunu daim diqqət mərkəzində saxlayaraq jurnalist araşdırmalarımızı davam etdiririk. Bəzən də elə olur ki, yazdıqlarımızın, təqdim etdiyimiz video faktların içtimai rezonansa səbəb olacaqından, ifşa olunacaqlarından ehtiyatlanaraq hərdən bir meşə gözətçilərinə, meşəbəylərə və bəzi sakinlərə cüzi cərimələr tətbiq etməklə məsuliyyətdən boyun qaçırmalı olurlar. Əldə etdiyimiz etibarlı və dəqiq məlumatlara görə, Lerik meşələrinin planlı şəkildə məhv edilməsi prosesi "Meşə Qatili"-Tərlan Qəribovun ərazisində kütləvi hala çevrilmişdir.

Çox istərdik ki, axtardığımız bəzi suallara və qaranlıq məqamlara aydınlıq gətirilsin. Tərlan Qəribovun toxunulmazlığı nədən irəli gəlir? Hansı sehirli əl onu belə güclü himayə edir? Onun peşəkarlığı nədən və hansı korporativ maraqlardan irəli gəlir.?...

Azerinfo.az xəbər verir ki, Əldə etdiyimiz məlumatlara görə, Tərlan Qəribov bu gücü Təbii Sərvətlər və Ekologıya nazirliyinin 1-saylı idarəsinin rəisi Rəfael Tahirovdan, toxunulmazlıq statusunu isə göstərdiyi "Xüsusi xidmətlər "müqabilində Lənkəran Regional Meşə Təsərrüfatı idarəsinin rəisi Füzuli Məmmədovdan alır.

Biz bu yazımızda da son bir-iki gündə baş verən meşə qırıntıları ilə bağlı yeni -yeni video faktları təqdim edərək icrimaiyyətin və aidiyyatı qurumların nəzərinə çatdırırıq. Videodan və foto-şəkillərdən açıq aydın bu biabırçı olaylar tam çılpaqlığı ılə sezilir. Meşələrin talan edilməsi,ağacların məqsədli şəkildə məhv edilməsi və hazır işlik materialların hazırlıq vəziyyətinə çatdırılması sanki öz alıcısını gözləyən mənzərəni əks etdirir.

Əziz oxuyucular! Bu yuxu deyil. Bu bir reallığı əks etdirən kriminal hadisədir.

Bütün bu baş verənlərə seyriçi mövqeyində qalan Təbii Sərvətlər və Ekologıya nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovun mövqeyi düzü bizləri çox təcübləndirir. Son vaxtlar Lerik meşələri ilə bağlı təzadlarla dolu silsilə yazılar verməyimizə baxmayaraq yoldaş Xıdırov susqunluq nümayiş etdirir. Görəsən Namik müəllimi gözləmə mövqeyində qalmasına vadar edən hansı səbəblərdir?

Cənab Namik müəllimin elə idarəsində məsul vəzifə daşıyan, kifayət qədər bacarıqlı, daha peşəkar kadrlardan sayılan yoldaş Ağaqardaş Qaraşov bu regiona daha yaxşı bələddi. Əldə etdiyimiz məlumatlara görə hətta ondan məsləhətlər almaq məcburiyyətində qalırlar. Bir vaxtlar Masallıda sahə rəisindən idarə rəisinə ordanda daha yüksək vəzifələrə sıçrayış lar edən Ağarardaş müəllimin vəzifə tramplini məhz ərsəyə gətirdiyi və himayə etdiyi Masallı meşələrində fəaliyyət göstərən ağac, mebel sexləridir. Biz bu barədə dəqiq jurnalist araşdırması apararaq oxuyuculara, içtimaiyyətə dəqiq açıqlama verəcəyik.

Doğrudanda bizi bir jurnalist kimi maraqlandıran bəzi nüanslardır. Bütün bu baş verən olayların, qanunsuzluqların Lerik meşələrində Rəzvandə (Rəzqov)adlanan meşə ərazisində kütləvi və kortəbii halda baş verməsidir. Bizə xəbər verən mənbə israrla bildirir ki, bu ərazilərdən Masallı istiqamətində mal çıxarılır. Bu iş daha peşəkar və daha etibarlı adam kimi Tərlan Qəribova həvalə olunub. O bu işin öhdəsindən çox "layiqincə"gəlməyi bacarır. Məhz bütün bu səmərəli fəaliyyətinə görə idarənin gülməşəkərinə çevrilib.
Hələki Lerik meşələrinin acı fəryadı ilə bağlı yazılarımızı davam etdirmək məcburiyyətindəyik. Çünki aidiyyatı qurumlardan nə adekvat cavab nə də hər hansı ciddi ölçü görmürik.
Son olaraq bizdə bu mövzunu daim diqqət mərkəzində saxlayaraq jurnalist araşdırmalarımızı davam etdirəcək və aidiyyatı qurumlardan cavab gəlincə onlarında mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazır olduğumuzu bəyan edirik.

Geri qayıt