Sabirabadda krediti qohumlara verirlər... - GİLEY

Dia.az narazı vətəndaşın şikayətini təqdim edir: "Deyirəm, işim, maaş kartım və ya pensiya kartım var... Baxmırlar... Deyirlər, ancaq müdiri tanıyan tanışın olmalıdı. Müdir onunla danışdıqdan sonra kredit verək. Heç bir sənəd də lazım deyil.
Deyirsən, belə qayda olar? Deyirlər, bizdə belədir...
Bu boyda şirkət... Bu nə biabırçılıqdır edirlər? Elə bil mini-telefon dükanıdır".
Qarşı tərəfi də dinləməyə hazırıq...
