Ağcabədi məhkəməsinin sədrinin qərarıyla anası ölən 9 yaşlı uşaq küçəyə atıldı – EV YENİDƏN EVLƏNƏN ATAYA VERİLDİ

Ağcabədi məhkəməsinin sədrinin qərarıyla anası ölən 9 yaşlı uşaq küçəyə atıldı – EV YENİDƏN EVLƏNƏN ATAYA VERİLDİ Şuşa rayonundan məcburi köçkün Fərhadova Reyhan Yusif qızı Ağcabədi rayon Məhkəməsinin sədri Sulduz Lazımovdan şikayətçidir.

Hurriyet.org-a müraciət edən məcburi köçkün Reyhan Fərhadova bildirib ki, Sulduz Lazımov haqsız qərar çıxarıb.

Reyhan Fərhadova bildirir ki, kürəkəni ilə mərhum qızı arasında yaranan ailə probleminə görə onu xəstəxanada atıb getmişdir, sonradan qızı ankaloji xəstəlikdən dünyasını dəyişmişdir.

Kürəkən öz qızına sahib çıxmadığı üçün Reyhan Fərhadova öz nəvəsini qəyyumluğa götürdüyünü deyir və bildirir ki, onlar məcburi köçkün olduğu üçün Ağcabədi şəhərində köçkünlər şəhərciyində mənzillə təmin olunublar.

Şuşa rayonundan məcburi köçkün düşmüş Reyhan Fərhadova bildirir ki, Ağcabədi rayon Məhkəməsinin sədiri Sulduz Lazımov doğru qərar çıxartmayıb. Onun çıxardığı qərara görə 9 yaşlı nəvəsi Allahverdiyeva Nülufər Elgün qızı küçəyə atılacaq!

Qadının bildirdiyinə görə, kürəkəni Elgün şizofrenya xəstəsidir, onunla birlikdə 9 yaşlı uşağın yaşaması çox qorxuludur.

Digər tərəfdən Ağcabədi rayon Məhkəməsinin sədri Sulduz Lazımovun çıxartdığı qərarla dövlət tərəfindən verilən mənzil anasız qalmış 9 yaşlı qız uşağına deyil, bir neçə dəfə evlənən ataya verib. Appelsiyasiya şikayəti verilməsinə baxmayraq, icra məmurları 9 yaşlı qız uşağını evdən çıxartmağa hazırlaşırlar.
Geri qayıt