Vüsal Aslanov Qəbələdə fironluq edir... - NARAZILIQ...

Vüsal Aslanov Qəbələdə fironluq edir... - NARAZILIQ... Qəbələ sakinlərindən birinin müxbirimizə göndərdiyi elektron məktubda Ilham Əliyevin axtardığı pullardan bəzilərinin Qəbələdə yerləşdirildiyi yer görsədilir.
Bu rayonda nə baş verir? Cavid Qurbanov, qeyri rəsmi Qəbələnin yeni "Kəmaləddinimi" təyin olunub?
Bu sualların cavabını rayon sakinin məktubunda tapacağımıza ümid edirik.

Məktubu olduğu kimi aşağıda yerləşdiririk

Qəbələni Cavid Qurbanovun müavini Vüsal Aslanovun atası Yusifin işğalından qorumaqda Azərbaycan Xalqından dəstək istəyirik . Qəbələnin Pastar məhəlləsi adlanan dağ ətəyi, sərin guşəsində, tarixi ərazisində, ötən ildən Yusif Aslanov adlı biri peyda olub. Necə deyərlər "pulunu balta kəsməyən" bu adam ilk olaraq buradan 0,7 hektar torpaq aldı . Qırağını çay daşın ilə hasarlatdı . Sonra başladı bütün ətraf qonşuların torpaqlarını almağa. Bu il artıq aldığı torpağın ölçüsü 1.5 hektarı ötüb . Bu Yusif bununla da yetinməyərək Pastar ərazisində qədimdən yaşayan insanları, müxtəlif yollarla şirnikləndirərək əllarindəki torpaqları satdırmağa razı salmağa nail olub. Həmin məhəllənin sakinləri çox kasıb camaatdır. Bu il isə iqtisadi durumları daha da çətinləşdiyi üçün Yusifin təklif etdiyi məbləğə toroaqlarını satmağa məcbur olublar. Ilham Əliyevin axtardığı, Cavid Qurbanovun pullarının bir hissəsi Qəbələnin bir böyük məhəlləsini almaq üçün istifadə olunur.
Vüsal Aslanov prezidentin hədəfinə gəlmiş cənab Qurbanovun kasserlarındam biridir. O, eyni zamanda Cavid Qurbanova maxsus " Topazın" nəzarətçisidir. Onu qeyd edək ki , Qəbələnin yerli sakinləri Qəbələ bələdiyyəsinə, ev tikmək məqsədiylə həyətyanı torpaq almaq üçün müraciət etdikdə , onlara verilən cavab belə olur : " Bələdiyyənin fondunda torpaq yoxdur " . Bəs o zaman 1.5 hektar torpağı necə, kimlərin adına və hansi əsaslarla sənədləşdirərək Yusif Aslanova satıblar ? U Necə olur da yerli qəbələlilər, 3-4 il Qarabağda savaşmış qazilər Qəbələdə torpaq tapıb, ala bilmir, lakin bu kimliyi şübhəli olan Yusif az qala bütöv bir məhəlləni , manbəyi bilinmayən para hesabına almaqdadır? Hazırda Yusif Aslanov meşa ərazisi sayılan hektar yarım arazini sənədləşdirib almaq üçün rayonun icra başçısı Səbuhi Abdullayevlə al verə girişib. Pula görə hərşey etməyə qadir, Səbuhi Abdullayev, Qəbələnin Vəndam qəsəbəsində Qafqaz İslam ordusu əsgərlərinin uyuduğu məzarları dağıtdırıb, üstündə mağazalar tikdirdi. Bu o Sabuhidir ki , qədim Küsnat kəndinin qabristanlığını yox elətdirdi. Bu , o Sabuhidir ki , Qəbələnin heç bir qazisi , şəhid ailasi onun qəbuluna düşa bilmir. Illərlə Qarabağda savaşmış qazilərə beş dəqiqə belə vaxt " tapmır ". Onların heç bir problemini həll etmir. Onların xərclədiyi o pulların tamamı Azərbaycan xalqından oğurlanmış pullardır . Cinayatla əlda edilmiş pullardır

Bu məqalədə adı keçən hərkəsin təkzibini dərc etməyə hazırıq
S. Qiyami
Qeyd etmk istəyirik ki, heç də uzaq olmayan keçmişdə Vüsal Aslanovun adı "Topaz" qalmaqalı ilə bağlı mətbuatda hallanmışdı.
/tetv.tv/
Geri qayıt