İcra başçsının müavinini maşın vurdu

İcra başçsının müavinini maşın vurdu Sabirabadda vəzifəli şəxsin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kanal32.az xəbər verir ki, hadisə avqustun 9-u saat 22:00 radələrində Sabirabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Avtomobil Sabirabad rayon İcra Hakmiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Həsənovu vurub. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Geri qayıt