Şamaxıdan daha bir ŞOK MƏKTUB

Şamaxıdan daha bir ŞOK MƏKTUB Bir qurup Şamaxı rayon sakini dosye.org saytın redeaksiyasına yenidən şikayət məktubu ünvanlayıb. Vətəndaşlar redaksiyamız vasitəsi ilə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə və Baş Prokuror cənab Kamran Əliyevə üz tutur. İddiaları nəzərə alıb məktubu olduğu kimi ixtiyarınıza veririk:

2018-ci il oktyabrın 30-da Tahir Məmmədov Şamaxıya İcra Hakimiyyətinin başçısı təyin olunanda bütün Şamaxılılar sevindilər. Çünki Şamaxı son illərdə işləyən başçılar deyil, günlərini sayıb, vaxt ötüşdürən birilərinin əlində problemlərlə dolu qalmışdır.

Bütün şamaxılılar bu təyinatı sevinclə qarşıladı və ümid edirdilər ki, yeni icra başçısı illərlə yığılıb qalmış bir çox problemləri həll edəcəkdir. Amma bu gün rayonda olan vəziyyət bu ümidlərin puç olduğuna dəlalət edir. Prezident İlham Əliyev yeni təyin etdiyi gənc icra başçılarını qəbul edərkən onlara müəyyən tapşırıqlar verməklə yanaşı, qeyd etdi ki, İctimai nəzarət rayonlarda daha güclü olmalıdır. Bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürüldüyünü, onların Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verdiyini, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verdiyini çox düzgün qeyd etdi.

Əfsuslar olsun ki, Şamaxının bu dəfə də Başçı sarıdan bəxti gətirmədi…

Bildiyimiz kimi, 2019-cu ilin fevral ayında Şamaxı rayonunda zəlzələ olub,. Baş vermiş zəlzələdə bir çox evlər xəsar gördü. Bununla bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev qəzalı evlərin təmiri və yenidən tikilməsi il bağlı göstəriş verdi, böyük vəsait ayırdı. Təbii fəlakətdən il yarım vaxt keçməsinə baxmayaraq zərər görmüş vətəndaşlar hələ də prezidentin tapşırığından yararlana bilməyiblər.

Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, lakin bu gün Şamaxıda tikilən evlərin hansı “meyarlarla”, hansı “siyahılarla”, “nəyin müqabilində” tikilməsi heç kimnən sirr deyil. Hətta Tahir Məmmədovun bu “pullu işlərə” rəhbərlik edən adamı belə özü ilə Bakıdan gətirdiyi və camaat içində “Boz Kardinal” adı ilə tanınan Yaqub Yaqubov idi. Yaqub həm zəlzələdən dasğıdılmış evlərin siyahısına nəzarət edir, həm də son bələdiyyə seçkilərində “yeni sihılar” hazırlayırdı. Çox ciddi korrupsiyaya səbəb olmuş bu işlərin Tahir Məmmədov tərəfindən nəinki qarşısı alınmır, hətt çox ciddi şəkildə dəstəkləndiyinin hamı şahidi oldu. Belə ki, Yaqub Yaqubovun “hazırladığı” siyahı üzrə Şamaxıda misli görünməmiş özbaşnalıq, korrupsiya həyata keçirildi. Yeni bələdiyyələrin sırasında bu gün telefon montyorları, vinetkalara şəkil çəkənlər, maşın alverçiləri, iri və xırda heyvan alverçiləri, içki düşkünləri və hətta xəstəliklər cədvəlinin 22-C maddəsinə görə Şizofreniya xəstəsi kimi komissovat olunmuş adamları seçdirdilər. Rayonun Şəhriyar qəsəbəsinə bələdiyyə sədri postuna Mikayılov Sabir Şahsəddin oğlu təyin edildi. Halbuki qanunvericilikdə belə xəstələrə vəzifə etibar etmək olmaz. Hətta belə xəstələrə sürücülük vəsiqəsi də vermirlər. Hüquqşunaslar yaxşı bilirlər belə xəstələr adam öldürdük də belə cinayət məsuliyyətinə cəlb edilmirlər. Belələrinə el arasında “Dəli” deyirlər. Bütün bunlara baxmayaraq Tahir Məmmədovun açıq dəstəyi ilə Sabir nəinki bələdiyyə sədri seçdirildi, hətta bu gün sürücülük vəsiqəsi olmadan həmin bələdiyyəyə məxsus 56AA044 dövlət nömrəli avtomobili Başçının adını verməklə həmişə olduğu kimi sərxoş vəziyyətdə idarə edir. Nə üçün Tahir müəllim dəliyə dəstək verir? Polis niyə buna göz yumur?…

2015-ci ildə keçmiş başçı Asıf Ağayev tərəfindən işdən qovulan, 4 il işsiz qalan İxtiyar Xəlilovu da Şəhriyar qəsəbə İcra nümayəndəsi təyin edirlər, İxtiyar Xəlilovu əvvəlcə “Təmiz Şəhər” MMC- yə, iki aydan sonra Şəhriyar qəsəbəsinə nümayəndə təyin edirlər. Əlbəttə ciddi maddə ilə işdən azad olunmuş adamın yenidən vəzifəyə gətirilməsi təmənnasız olmadı, lakin belə bir qanunazidd işlərinə görə işindən azad olunan adamın hansı məqsədlərlə dövlət qulluğuna gətirilməsi çox maraqlıdır…

Yaqubun Tahir müəllimin adınnan gördüyü özbaşnalıqlara qarşı şamaxılılarda olan nifrət və narazılıqlar camaatın hər gün icraya axışmasına səbəb olmuşdur. Şamaxılıların Cənab Prezidentə ünvanladığı şikayət ərizələrinin nəticəsi olaraq bu yaxınlarda guya Yaqub işdən uzaqlaşdırıldı. Lakin iki ilə yaxın zəlzələdən vaxt keçməsinə baxmayaraq qəzalı evlər siyahısına doğrudan zərərçəkmiş adamlar deyil, çoxdandır heç bir yaşayışı olmayan, yüngül təmirə bəlkədə ehtiyacı olan evlər şirinliyi çatan kimi sökülərək tikilir…

“Sərfəli siyahıların” tərtibi ilə Tahir Məmmədovun başı elə qarışıb ki, ölkə baçşısına zəlzələdən sonra Şamaxıda qəzalı məktəb qeydə alınmayıb deyə məruzə etdi. Rayonun ən böyük məktəblərinnən biri olan 2 saylı məktəbin qəzalı olmasını cənab Prezident Başçının məlumatlarınnan deyil, öz sözlərilə desək əgər mediada, televizorda bu reportaj getməsəydi, heç bilməyəcəkdi. Cənab Prezident bunu bilən kimi dərhal göstəriş verdi. İndi orada məktəb binası sökülüb yenidən tikilir.

Cənab Prezidentin sözlərindən bir daha aydın olur ki, Şamaxı Rayon İcra Hakimiyyətinin Tahir Məmmədov vaxtında dövlət başçısını məlumatlandırmayıb və buna görə də cəzalanacaqdır…

Lakin bu Tahir Məmmədovun “Sərfəli siyahıların” tərtib etdirməklə evləri doğrudanda dağılmış vətəndaşlara Cənab Prezidentin zərərçəkmiş vətəndaşlar üçün ayırdığı köməyi istədiyi kimi xərcləməklə rayonda ciddi narazılıqlar yaradır. Dəfələrlə Tahir Məmmədovun qəbulunda olmuş adamlara isə “Get nə bilirsən et, hara bilirsən şikayət et” deyir. Evinin qəzalı olduğuna köməklik istəyən başsız qadına (şəhid ailəsinə) Şamaxının icra başcısı Tahir Məmmədov deyib ki, uşaqın məndən deyil ki, mən kömək edim? Budur Cənab Prezidentin tapşırığını vicdanla yerinə yetirən məmur??

Bu yaxınlarda Asəfi Zeynəb adlı sakin Tahir Məmmədovun Yaqubdan sonar “Sərfəli siyahıların” tərtib edən adamının səs yazısını yaymışdır. Səs yazısından açıq aydın görünürdü ki, Şamaxının icra başçısı korrupsiya işləridən agahdır. Yalan olsaydı yəqin tədbir görülərdi vətəndaşa qarşı, lakin həmin adamın evinin tikintisi sürətləndilərək tamamlandı… Nə üçün Tahir Məmmədovun bu qədər korrupsiyaya batmış işləri yoxlanılmır, araşdırılmır???

Tahir Məmmədovun Şamaxıya gəldiyi gündən bir dənə də olsun layihə həyata keçirməyib, 1 km. yola asfalt çəkdirməyib. Şamaxının mərkəzi küçəsi belə 90-ci illərdən qabaqkı Şamaxının yollarını xatırladır. Iş görmək əvəzinə media adamı olaraq Tahir Məmmədov vaxtaşırı internet resurslara guya çiçəklənən Şamaxı adlı məqalələr yazdırır… özü və dostları isə Şamaxının füsünkar təbiətinin dadını çıxarmaqla məşğuldur. Bu yaxınlarda Şamaxının icra başçısı Tahir Məmmədov KİVDF-nin keçmiş direktoru Vüqar Səfərli üçün rayona gəlişinə ov dəstgahı təşkil etdirdiyi haqqında faktları ADP sədri Sərdar Cəlaloğlu “siyasət meydanı” adlı verlişdə səsələndirdi.

Şamaxıda zəlzələdən çəkənlər üçün ayrılan 18 milyon manatı Tahir Məmmədov yeyib qurtarıb pullar yeyilir, bütün internet media bu özbaşnalıqnan yazır. Şamaxıdan göndərilən məktubları rayonnan çıxmağa qoymurlar, pandemiyaya görə rayonnan çıxmaq da olmur.

Cənab Prezident və Birinci Vitse-prezident xahiş edirik Tahir Məmmədovun Şamaxıda yaratdığı anarxiyanı öz nəzarətinizə götürəsiniz, Sizin bu gün diqqətinizdə olan Şamaxıda baş alıb gedən korrupsiya əməllərinə son qoyulmasına göstəriş və tapşırıqlarınızı verəsiniz.

Sonsuz dərin hörmətlə Şamaxı sadə zəhmətkeş və təəsübkeşləri
Geri qayıt