"Azəriqaz"ın aztəminatlı ailəyə "KARANTİN TÖHFƏSİ..." - GİLEY

"Azəriqaz"ın aztəminatlı ailəyə "KARANTİN TÖHFƏSİ..." - GİLEY Cəlilabad rayon Muğan kənd sakini Ağayev Tərlan Abbasqulu oğlu redaksiyamıza şikayəti zamanı Cəlilabad rayon Qaz İstismar Sahəsi tərəfindən sayğacına möhür vurulduğunu bildirib.

T.Ağayev Moderator.az-ın əməkdaşıyla söhbəti zamanı karantin müddətində işləyə bilmədiyi üçün “Azəriqaz”a borcu yarandığını və bunu təzə borcla birlikdə az-az ödədiyini deyib.

Lakin qurumun sahə nəzarətçisi heç bir xəbərdarlıq etmədən onun sayğacına möhür vurub və kənd sakini dörd azyaşlı uşağıyla çıxılmaz vəziyyətdə qalıb:

“Dörd övladım var, lakin dövlət tərəfindən heç bir yardım almamışam. Buna görə dəfələrlə müraciət etsəm də, heç bir köməklik olunmayıb. Pandemiya dövründə 190 manat birdəfəlik ödəməylə bağlı da müraciət etsəm də, o da bizim ailəyə verilmədi. Özüm də hazırda heç yerdə yaşamıram. Bildiyiniz kimi sərt karantin rejiminin tətbiq olunduğu rayonlardan biri də Cəlilabaddır. Belə bir vaxtda “Azəriqaz”a olan borcuma görə mənə xəbərdarlıq edilmədən qaz sayğacıma möhür vurulub.
Kənddə fəhləlik edirəm, atam şəkər xəstəsidir, bir neçə gün öncə ayağını da amputasıya etdilər. Qazandığım gündəlik pulu da atamən müalicələrinə xərcləyirik. Çox pis vəziyyətdə yaşayırıq, maddi vəziyyətimiz yaxşı deyil.

No description available.Evimdə də yaşamaq üçün heç bir şərait yoxdur. Dövlət başçısı dəfələrlə dedi ki, insanların kommunal xərclərini karantin rejimində nəzərə alın, güzəştlər edin. İndi körpələrimə yemək bişirmək üçün heç bir vasitə yoxdur. Mənim borcumun məbləği 100 manat civarındadır və mən o borcu ödəyəcəm. Lakin indiki vaxtda maddi vəziyyətim buna imkan vermədiyi üçün ödəyə bilmirəm. Mənə məlumat versəydilər, kimdənsə borc alıb sayğacıma möhür vurulmasına imkan verməzdim. Atamın əməliyyat olunmasıyla bağlı həm Bakıda, həm də Lənkəranda xəstəxanada olduğumuz üçün evdə olmamışam. Sahə nəzarətçisi də bundan sui-istifadə edərək qazımızı kəsib. Xahiş edirəm mənə köməklik etsinlər”.
"Azəriqaz"ın aztəminatlı ailəyə "KARANTİN TÖHFƏSİ..." - GİLEY
Geri qayıt