Masallıda polisə güvənən şəxs sahibkarın başına oyun açır – FOTOLAR, VİDEO

Masallıda polisə güvənən şəxs sahibkarın başına oyun açır – FOTOLAR, VİDEO Masallı sakininin başı dərddədir: “Möhübbət Sultanov fiziki zor tətbiq etməklə yanacaqdoldurma borusunu operatorun əlindən alıb, idarə etdiyi avtomobilə yanacaq doldurub və pulunu ödəmədən oranı tərk edib.”
Masallı rayonunun Ərkivan qəsəbəsinin sakini Güloğlan Qəmbərov yanacaqdoldurma məntəqəsinin sahibidir. O, bir müddətdir ki, eyni kənd sakini Sultanov Möhübbət Qardaşxan oğlu tərəfindən atılan qanunsuz əməllərə görə, əziyyət çəkdiyini bildirir.
22 ildir yanacaqdoldurma məntəqəsi işlədən G.Qəmbərov bir neçə gündür maddi zərər görür və vəziyyət bu formada davam edərsə, müflis olmaq təhlükəsi ilə üz-üzə qalacaq. Buna səbəb isə yanacaqdoldurma məntəqəsinin ətrafının daşla hörülməsidir. Belə ki, məntəqəyə daxil olan avtomobillər yanacaq doldurduqdan sonra məntəqədən çıxa bilmirlər. Çünki maşınların çıxış yoluna daş tökülüb.
Hər gün müştəri itirən və beləcə maddi ziyana uğrayan Güloğlan Qəmbərovun səsini Masallı rayonunda eşidən yoxdur. Müxtəlif orqanlara müraciət etdiyini deyən Qəmbərov, çarəsiz halda qalda olduğunu deyir. Sahibkarı narazı salan şəxs isə Möhübbət Sultanovdur. Adıçəkilən şəxs, Qəmbərovun sahibi olduğu məntəqənin sağ tərəfindəki ərazinin özünə məxsus olduğunu iddia edərək, ərazini daşla bağlayıb. Bundan sonra tərəflər arasında münaqişə də yaşanıb.
Şikayətçinin sözlərinə görə, Möhübbət Sultanov aprelin 15-i Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən və xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan yanacaqdoldurma məntəqəsinə basqın etməklə, soyğun-çuluq edib: “Möhübbət Sultanov fiziki zor tətbiq etməklə yanacaqdoldurma borusunu operatorun əlindən alıb, idarə etdiyi avtomobilə yanacaq doldurub və pulunu ödəmədən oranı tərk edib. Soyğunçuluq faktı barədə dəfələrlə DİN-nin 102 xidmətinə və Masallı RPŞ-nə məlumat və ərizə versəm də heç bir tədbir görülməyib.
Cinayət xarakterli hərəkətlərini Masallı RPŞ-nin rəisi ilə razılaşdırdığını bildirən Möhübbət Sultanov qanunsuz əməllərini davam etdirərək, 18 aprel 2017-ci il tarixdə mülkiyyətimdə olan yanacaq doldurma məntəqəsinin ərazisinə, 3 ədəd 10,5 tonluq yanacaq baklarının üzərinə mişar daşlarını boşaltmaqla yanacaqdoldurma məntəqəmin fəaliyyətini iflic hala salıb, böyük partlayışa və dağıntıya səbəb ola biləcək yüksək təhlükəli vəziyyət yaradıb”.
Güloğlan Qəmbərov deyir ki, hadisədən sonra dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edib: “Bundan sonra mən yenə DİN-nin 102 xidmətinə və Masallı Polis Şöbəsinə müraciət etmişəm, şöbənin rəisinin mobil nömrəsinə mesaj göndərərək fakt üzrə cinayət işinin başlanmasını, Sultanovun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişəm. Amma bunun da faydası olmayıb. Masallı RPŞ-si qanunsuz hərəkətsizliyini davam etdirir”.
Sahibkar başına gələnlərlə bağlı ölkə başçısına da müraciət edib: “Mən ölkə başçısına, baş prokurora, daxili işlər nazirinə müraciət edərək, cinayət xarakterli hərəkətləri ilə bağlı Sultanovun barəsində tədbir görülməsini, onun və Masallı rayon polis şöbəsinin qanunsuz hərəkətsizliyinin qarşısının alınması, təhlükəsizliyimin və normal sahibkarlıq fəaliyyətimin təmin edilməsini xahiş edirəm.

Skrom.Net

Masallıda polisə güvənən şəxs sahibkarın başına oyun açır – FOTOLAR, VİDEO
Masallıda polisə güvənən şəxs sahibkarın başına oyun açır – FOTOLAR, VİDEO
Masallıda polisə güvənən şəxs sahibkarın başına oyun açır – FOTOLAR, VİDEO
Masallıda polisə güvənən şəxs sahibkarın başına oyun açır – FOTOLAR, VİDEO
Masallıda polisə güvənən şəxs sahibkarın başına oyun açır – FOTOLAR, VİDEO
Masallıda polisə güvənən şəxs sahibkarın başına oyun açır – FOTOLAR, VİDEO


Geri qayıt