QUSARIN İCRA BAŞÇISI YAŞILLIQLARI MƏHV EDƏRƏK, MƏMURLARA EV TİKDİRİR - FOTOLAR

QUSARIN İCRA BAŞÇISI YAŞILLIQLARI MƏHV EDƏRƏK, MƏMURLARA EV TİKDİRİR - FOTOLAR "Şair Alxasov Qusar rayonuna icra başçı təyin olunan vaxtdan, hal-hazıra qədər, 13 il ərzində böyük zəhmət hesabına əkilmiş ağacları, meyvə bağlarını, yaşıllıqları məhv edərək, özü, icra hakimiyyətin vəzifəli şəxsləri üçün həmin torpaq sahələrdə, yaşayış evləri, restoranlar, digər təyinatlı kommersiya obyektləri tikdirərək, öz biznesini inkişaf etdirmək və biznes sahələrini genişləndirməklə məşğuldur". Bu barədə Qusar şəhər sakini, 2-ci grup əlil Ağamirzəyev Hacımirzə Ağamirzə oğlunun Qaynarinfo-ya ünvanlanan məktubunda deyilir.
Qusar sakini H.Ağamirzəyevin məktubunda yer alan iddialar yetərincə ciddi olduğu üçün onları təqdim edirik:
"- Qusar RİHB-sı Şair Alxasov cənabları Təhsil Nazirliyin balansında olmuş internat məktəbin, kimsəsiz şağirdlərdlərin böyük zəhməti hesabına əkilmiş 2 hektara yaxın meyvə bağının sahəsini qanunsuz olaraq naməlum Sumqayıt şəhər sakininə satmış, o da, həmin torpaq sahənin hər sotunu 5-10 min manata sataraq, həmin ərazidə olan yüzlərlə meyvə və digər qiymətli ağacları kəsdirib.
- Şair Alxasov cənabları Qusar şəhərin mərkəzində olan, yeganə təbii park sayılan, N. Nərimanov adına mərkəzi parkın torpaq sahəsini qanunsuz zəbt edərək, həmin parkdakı yüzlərlə yaşı olan qiymətli ağacları kəsdirərək, özü üçün " Yaşıl Park" adlı restoran və avtomaşınlar üçün avtodayanacaq tikdirərək istifadəyə verib.
- Səhiyyə Nazirliyin balansında olmuş, uzun müddət uşaq xəstəxanası kimi fəaliyyət göstərmiş xəstəxananın 2 hektara yaxın torpaq sahəsini qanunsuz sənədlər əsasında zəbt edərək, həmin torpaq sahəsində olan qiymətli, uzunömürlü ağacları kəsdirərək özünə "Təzə bazar" tikərək istifadəyə verib.
- Qusarda köhnə avtobazanın aşağı hissəsində olan xristian qəbristanlığında 2 hektara yaxın torpaq sahəsini zəbt edərək, həmin qəbristanlıqdakı qiymətli, uzunömürlü şabalıd ağaclarını kəsdirərək, həmin ərazidə 3 ədəd yüksək mərtəbəli yaşayış binası tikdirib. Qəbristanlığın bir hissəsini də, qanunsuz olaraq İH-in əməkdaşı Elman Mustafayevə bağışlayıb. Elman Mustafayev də öz növbsində həmin ərazidəki şabalıd ağaclarını kəsdirərək, özü üçün qəbristanlıqda çoxlu sayda kommersiya obyektləri tikdirərək istifadəyə verib".
Səslənən iddialarla bağlı göndərilən görüntüləri də təqdim edirik:

Jamaz.info
QUSARIN İCRA BAŞÇISI YAŞILLIQLARI MƏHV EDƏRƏK, MƏMURLARA EV TİKDİRİR - FOTOLAR

Geri qayıt