Neftçalanın icra başçısından yeni təyinat

Neftçalanın icra başçısından yeni təyinat Neftçala Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

Bununla bağlı Neftçala RİH-in başçısı Mirhəsən Seyidov əmr imzalayıb.

Əmrə əsasən, Elşən Həsən oğlu Əmirov Neftçala RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, E.Əmirov bu təyinata qədər həmin şöbədə baş məsləhətçi çalışıb.
Geri qayıt