Nazirlik 18 ildir əlil olan uşağı süründürür - GİLEY
Ucar rayonu Məlikballı kənd sakini 30.10.2001-ci il tarixdə anadan olmuş Mikayılov Tacir Əjdər oğlu anadangəlmə skolyoz xəstəsidir. 18 yaşı 2019-cu ilin oktyabr tarixində tamam olanda əliliyi dayandırılıb ki, təkrar həkim komissiyasından keçirilsin. Reportyor.info xəbər verir ki, bu haqda Xocalı köçkünü Səfər Cavadov facebook-da yazıb.
Sitat: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ömürlük şikəst Tacir Mikayılova əlillik dərəcəsi təyin etməkdən imtina edib ki, təkrar müalicə olunsun. 18 il ərzində sağalmayan şəxsi hansı müalicə sağalda bilər?”
Geri qayıtSitat: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ömürlük şikəst Tacir Mikayılova əlillik dərəcəsi təyin etməkdən imtina edib ki, təkrar müalicə olunsun. 18 il ərzində sağalmayan şəxsi hansı müalicə sağalda bilər?”