İcra başçısını şantaj edən idarə rəisi kimdir və…?-FOTOLAR

İcra başçısını şantaj edən idarə rəisi kimdir və…?-FOTOLAR Son aylarda Mingəçevir şəhərində məmur özbaşınalığı,sakinlərin əmək hüquqlarının pozulması və müxtəlif səpkli problemlər adi hala çevrilməkdədir.

Kanal32.az-a daxil olan məlumata görə,hazırda şəhər sakinləri arasında kütləvi narazılıq yaradan və vəzifə səlahiyyətlərini aşaraq tabeliyində çalışan işçilərə qarşı qanunsuz əməllər sərgiləyən və işçiləri təhqir edən daha bir vəzifəli şəxs var. Söhbət Mingəsevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin rəisi Qürbət Məmmədovdan gedir.

Bu şəxs Mingəçevirdə “at oynadır” desək,yəqin ki, yanılmarıq. Redaksiyamıza daxil olmuş 50-yə yaxın şikayət bunu deməyə əsas verir. Apardığımız araşıdırma zamanı məlum oldu ki, 70 yaşlı Qürbət Məmmədov rəhbərlik etdiyi müəssisəni özünün şəxsi obyekti kimi idarə edir. Özünün pensiya yaşından 5 il keçdiyi halda kimlərinsə”çətiri” altında bu adam vəzifədə otura bilir.Amma,sıravi fəhlənin 65 yaşı bitən kimi idarə rəisi Qürbət müəllim həmin işçini bir gün də olsun idarədə saxlamır və dərhal işdən azad edir. Yerinə isə “hörmət ” qarşılığında başqa adamlar götürür.Əslində bu, Qürbət Məmmədovun “fəaliyyəti”nin çox az hissəsidir.

O,idarəyə rəhbərlik etdiyi gündən indiyə kimi şəhərdəki əksər binalara elementar xidmət belə göstərilmir. Ötən həftə saytımıza müraciət edən İ.Qayıbov küçəsnin sakinləri deyir ki,neçə aydır yağan yağışlar evlərinin və balkonların içərsinə axır.Səbəbi isə yağış sularını daşıyan boruların dolması və vaxtı-vaxtında təmizlənməməsidir.

Bina sakinlərinin sözlərinə görə,dəfələrlə əraziyə xidmət edən Mənzil İstismar Sahəsinə, o cümlədən onların baş idarəsi olan Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsininə müraciət etsək də,nəticəsi yoxdur.Hətta,bina sakinləri bir neçə dəfə rəis Qürbət Məmmədovun yanında olublar. Sakinlərə qarşı saymazyana və biganə münasibət göstərən 70 yaşlı idarə rəhbəri gülməli bəhanə gətirərək bildirib ki,bəs binanın üstündə işləmək üçün qaldırıcı texnika yoxdur.Nə zaman texnika olsa onda sizin binanın suötürücü borcunun təmzilənməsinə baxa bilərik(?). Amma,nədənsə elə həmin günlərdə ağacları və qurumuş budaqları kəsmək üçün qaldırıcı texnika asanlıqla tapılır.Çünki ağaclardan odun əldə etməklə əlavə pul qazanmaq olur.


Bir daha qeyd edirik ki,əslində bunlar Qürbət Məmmədovun “fəaliyyəti”nin çox az hissəsidir.

Bu şəxs tabeliyində olan MİS-lərdə çalışan işçilərin sözün əls mənasında istismar etməklə yanaşı,onları maaş istədikləri təqdirdə işdən azad etməklə hədələyir,təhdid və şantaj edir.

Hətta,şəhər rəhbərinin haqqında xoşgəlməz ifadələr səsləndirməkdən belə çəkinmir. “Sizin əməllərinizdən icra başçısı İlham İsmayılova şikayət edəcəyik” deyən işçilərə açıq şəkildə deyir ki, “gedin əliniz hara uzunudur,ora da qoyun.İstəyirsiniz icra hakimiyyətinin və poçtun yolunu da göstərə bilərəm.Sizin başına oyun açacağam. Məndən maaş zad gözləməyin”.

Qeyd edək ki,bu fikirlər aşağıdakı fotonun çəkildiyi yerdə səslənib və “Kanal32″nin əməkdaşı özü eşidib və kənardan videolentə alıb(həmin videolenti yuxarı müvafiq orqanlara təqdim edəcəyik).


“Kanal32”nin redkasiyasına daxil olan digər məlumat isə daha ilgincdir.Göndərilmiş səs yazısında Qürbət Məmmədov açıq şəkildə deyir ki, icra başçısı İlham İsmayılov mənə heç nə edə bilməz.Mən 30 mini ona havayı verməmişəm.

Görünən odur ki,qocaman məmur Qürbət müəllim bu fikirləri səsləndirməklə çox şey demək istəyir.Bəlkə o,bu addımları ilə icra başçısını şantaj edir??? Yoxsa,torbada başqa pişiklər var???

Düşündürücü sullar isə çoxdur…

Necə olur ki,lazımsız (təkrar) abadlıq işləri aparmağa, bu gün üçün lazım olmayan park tikməyə pul tapılır.Amma, yeməyə bir tikə çörəyi çətinliklə tapanlara,tapmayanlara öz hala maaşlarını verməyə pul tapılmır…???

Mingəçevirdə və eyni zamanda sözügedən idarədə xeyli sayda cavan və bacarıqlı kadrlar olduğu halda icra başçısı 69 yaşını tamamlayıb 70 yaşına keçmiş Qürbət Məmmədovu rəis saxlamaqda məqsədi nədir? Bu şəxsin hansı üstünlüklərini nəzərə alıb??? Bəlkə mingəçevirlilərin bilmədiyi başqa məqamlar var??? Kommunal Təsərrüfatı İstehsalat Birliyi olduğu halda, bu profildə olan digər idarələrin(Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin,MİS-lərin) saxlanması kimə və nəyə gərəkdir???

Qürbət Məmmədovun Mingəçevir Şəhər İcra Hakimiyyətindəki “KIRAŞSI”nın və “VƏKİLİ”nın kimliyi,kobud şəkildə şəkildə pozulmuş əmək hüquqları ilə,o cümlədən mənimsənilən və verilməyən əmək haqları ilə bağlı yaxın günlərdə daha geniş yazı təqdim edəcəyik.

Bizi mütləq izləyin…

Redaksiya olaraq bildiririk ki,yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
İcra başçısını şantaj edən idarə rəisi kimdir və…?-FOTOLAR




Geri qayıt