Quba sakinləri torpaq paylarını tələb edir - GİLEY

Quba sakinləri torpaq paylarını tələb edir - GİLEY Qubanın Küsnətqazma kəndinin sakinləri 22 ildir ki, əllərində dövlət aktı olmasına baxmayaraq, haqları olan pay torpaqlarına sahib ola bilmirlər. Sakinlər bu işdə aqrar islahatı dövründə Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müdüri işləmiş, hazırda isə Quba rayon icra hakimiyyəti başçısının 1-ci müavini olan Allahverdi Xudaverdiyevi günahlandırır, ali dövlət qurumlarından yardım istəyirlər.

“Yeni Sabah” xəbər verir ki, sakinlərin sözlərinə görə, 1998-ci ildə həyata keçirilmiş aqrar islahatların nəticəsi kimi haqları olan pay torpaqlarını hələ də ala bilməyiblər. Hər bir ailəyə torpaq aktı adında quru kağız parçası təqdim olunsa da faktiki olaraq torpaq sahəsi verilməyib.

Bu gün sakinlərin əlində sadəcə aqrar islahatı dövründə Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müdüri işləmiş, hazırda isə Quba rayon icra hakimiyyəti başçısının 1-ci müavini olan Allahverdi Xudaverdiyev tərəfindən verilmiş möhürlü aktları var. Kənd sakinləri vurğulayır ki, kim istəyirsə ona həmin aktlar əsasında, müəyyən məbləğ qarşılığında mıxarışlar təqdim olunur: “Sənəd təzə, möhür köhnə, elə Allahverdi müəllimin imzasıyla verilir. Bir sözlə, Qubada Allahın verdiyi torpaq da Allahverdilikdir, onu satmaq, icarəyə vermək, əkib becərməyə görə verilən subsidiyaları necə gəldi bölüşdürmək də. Hara şikayət edirik, məsələnin araşdırılması rayona qaytarılır ki, haqqımız olan torpaqları bazara çıxarıb satan bu adam qarşısını alır. Kənddə 100-ə yaxın ailə hələ də o ümidlə yaşayır ki, bitəcək bu zillət. Və bunun üçün dövlətimizin ali qurumlarının rəhbərlərindən ümid diləyirik”.

https://video.yenisabah.az/embed.php?vid=3133b2388
Geri qayıt