"Azəriqaz”ın əməkdaşları sahibkarın sayğacına əlavə pul yazdılar - GİLEY

"Azəriqaz”ın əməkdaşları sahibkarın sayğacına əlavə pul yazdılar - GİLEY Şəkidə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları kiçik sahibkara xeyli miqdarda borc yazıblar.

Birliyin əməkdaşları vətəndaş Məmmədov Mayis Səbuhi oğluna işlətdiyi kafedə əlavə sayğacda olmayan məbləğdə pul yazıblar.

Bu barədə araşdırma aparan kiçik sahibkar görüb ki, ona əlavə olaraq istifadə etmədiyi 319 manat 60 qəbik borc yazılıb.

O, bu borcun qanunsuz olduğunu, istifadə etmədiyini desə də, birliyin əməkdaşları buna məhəl qoymayıb.

Mayıs Məmmədov qeyri rəsmi olaraq apardığı danışıqlar nətəcə vermədiyini gördüyü üçün hüquqi müstəvidə bu məsələnin həll edilməsinə qərar verib.

O, sayğacına yazılmış əlavə pul vəsaitini faktlarla əsaslandıraraq Şəki Kommersiya Məhkəməsində iddia qaldıb.

Hakim Rüfət Məcidovun sədrliyi ilə baş tutan iclasda aparılan araşdırmalar zamanı məlum olub ki, həqiqətən “Azərqaz”ın əməkdaşları Mayıs Məmmədovun işlətdiyi kafenin sayğacına əlavə olaraq 319 manat 60 qəpik yazıblar.

Hakim bu faktın qanunsuz olması nəticəsinə gəlib. “Azərqaz” əməkdaşlarının yazdığı 319 manat 60 qəpik sayğacdan silinməsi qət edilib, həmçinin 30 manat dövlət rüsumu da “Azərqaz” İstehsalat Birliyindən tutulması barədə qərar qəbul edilib. //Demokrat.az//
Geri qayıt