Yeni başçı Vilyam Hacıyevin kadrını işdən çıxardı

Yeni başçı Vilyam Hacıyevin kadrını işdən çıxardı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev köməkçisini işdən çıxarıb.

E.Rzayevin əmri ilə köməkçisi Emil Süleymanov tutduğu vəzifədən azad olunub. Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, E.Süleymanov DTX əməkdaşları tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin köməkçisi olub.(unikal.org)
Geri qayıt