Qobustanda fermerləri incidən kimdir? - GİLEY

Qobustanda fermerləri incidən kimdir? - GİLEY Qobustan rayonu, Qaracüzlü kənd sakinlərindən - Mirzəməmmədov Mehdibala Heybət oğlu, Məcidov Sakir Mirbala oğlu, Muradaov Oktay Muradxan oğlu, Hüseynov İbrahim Məhəmmədəli oğlu, Yusifov Əzim oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir.

"Əvvəlcə xatırladaq ki, biz, Qobustan rayon Qaraçüzlü kənd sakinlərinə yerli Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli qərarına əsasən yaşadığımız kənd ərazisinə aid kənd təsərrüfatlı torpaqlardan pay torpaqları dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Kəndimizin daxil olduğu Qurbançı bələdiyyəsinin sədri Əlikram Musayev kəndin 40-a yaxın təsərrüfat rəhbərindən (ailə başçısı) onlara verilmiş pay torpağın Dövlət Aktında ediləcək düzəliş adı altında hamısını toplamış və 2006-cı ilin aprelin 2-də sabiq İcra başçısı İsmayıl Vəliyevin göstərişləri əsasında Bakı şəhəri, Mustafayev küçəsi,ev 27, mənzil 36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu ilə gizli sövdələşərək 1 ha-ı özünün dediyi kimi, 200 manata saxta sənədlərlə sataraq bizə külli-miqdarda ziyan vurmuşdur. Belə ki, bələdiyyə sədri Ə.Musayev Qobustan Notariat kontorunun rəisi olmuş Tofiq Seyidovla əvvəlcədən razılaşaraq alqı-satqı müqaviləsi bağlamaq üçün bizim ailələrin başçısının adından öz adına etibarnamə və ailə üzvlərinin hər birinin adından formal razılıq ərizələri tərtib edərək eyni reyestr nömrəli 02 aprel 2016-cı il tarixli 2 ədəd alqı-satqı müqaviləsi tərtib etmişlər Nəticədə M.Məmmədovun adına ümumilikdə cəmi 526,74 hektar torpağa mülkiyyət hüququna dair saxta sənəd verilmişdir. Hətta saxtakarlıq o həddə qədər olmuşdur ki, məsələn atam Heybət Mirzəməmmədovun 2003-cü ildə, anamın isə 2004-cü ildə rəhmətə getməsinə baxmayraq 2-3 ildən sonra onların da adına saxta etibarnamə əsasında alqı-satqı müavilələri tərtib edilmişdir. Doğrudur, biz 2014-cü ildə 14 saylı Şamaxı Ərazi Reyestr Xidmətinə mürciət etdiyimiz zaman məlum olmuşdur ki, torpaqlarımız M.X.Məmmədovun adına sənədləşdirilərək sabiq rüşvətxor icra başçısı İ.Vəliyevə yaxınlığıilə tanınan “Gilan Holdinq”in tabeçiliyinə verilmişdir. O vaxt etdiyimiz şikayətlərə əhəmiyyət verilməsə də sabiq icra başçısı olmuş İ.Vəliyevin həbsindən sonra bizim şikayətlər yenidən araşdırılmış və torpaqlarımızı saxta sənədlərlə ələ keçirildiyi DTX tərəfindən müəyyənləşdikdən sonra bizim hamımıza torpaqlarımız naturadan qaytarılmış və əkməyə icazə verilmişdir. Hökümət hətta bizlərə fermer kartlarımızı da təqdim etmişdir. Halbuki son illər M.Məmmədov 529 ha bizim camaatımıza məxsus torpaqlara guya taxıl əkilməsilə bağlı 2019-cu ilədək dövlətdən hər ilə 30-40000 manat subsidiya alıb mənimsəmişlər.

Budur, indi rahat nəfəs alıb mülkiyyətimizə faktiki olaraq sahib çıxdığımız bir vaxtda DƏK-nin 14 saylı Şamaxı Ərazi İdarəsi rəisi Nazim Məmmədov bizə problem yaradır. Belə ki, hamılıqla yığılıb getmişik Şamaxıya ki, bizə dövlətin qaytardığı topağı sənədləşdirək. Rəis N.Məmmədov isə bizi nə eşitmək istədi, nə də qəbul etmək. Təzə təyin olunmuş bu rəis ümumiyyətlə nəinki bizi, heç kimi qəbul etmir, vətəndaşlara kobud cavablar verirdi. Biz kənd camaatı nə istəyirik? İstəyirik ki, Dövlət Torpaq Aktını və bunun əsasında hazırda istifadə etdiyimiz torpağa çıxarış sənədimizi alaq. Məhz idarə rəisi N.Məmmədovu da bildiyimizə görə bundan ötrü bu vəzifəyə yerlşdiriblər ki, bizi kimi insanlara bu ağır dönəmdə xidmət göstərsin. Biz 5 nəfər qəbula gəlmiş şəxsin xahişi budur ki, cəmi bizlərə məxsus olan 120 ha torpaq sahəmizi sənədəşdirək ki, növbəti dəfə də subsidiya ala bilək. Dövlət də bizdən tələb edir ki, hər bir torpağın mülkiyyət sənədi olmalıdır.

İndi ümidimiz yalnız Dövlətimizin başçısı çoxhörmətli İlham Əliyevə qalmışdır. Çox xahiş edirik ki, torpaq əmlakımızın sənədləşməsinə imkan verməyən, bizi süründürən DƏK-in 14 saylı Ərazi Reyestr İdarəsi rəisinə lazımi göstərişlər verəsiniz ki, biz kənd camaatını incitmək olmaz, onlara köməklik göstərilsin ki, biz də rəsmi sənədlərimizi ala bilək".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Qobustanda fermerləri incidən kimdir? - GİLEY
Geri qayıt