Kürdəmirdə yaranmış təhlükəli vəziyyətin cavabdehi icra başçısıdır-VİDEO+FOTO

Kürdəmirdə yaranmış təhlükəli vəziyyətin cavabdehi icra başçısıdır-VİDEO+FOTO Rayon sakinlərinin sağlamlığı ciddi təhlükə qarşısındadır…Onlar kömək istəyir…Əks halda…

Kürdəmir şəhərində zibil poliqonu rayon sakinlərinin sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Bütün dünyada,o cümlədən Azərbaycanda koronavirusun tüğyan etdiyi bir vaxtda bu öldürücü virusdan qorunmanın ən optimal yollarından biri sanitar təmizlik və gigiyena qaydalarına riayət etməkdir.İnsanlar prinsipcə fərdi gigiyena qaydalarına əməl etsələr də, ümumi sanitar təmizliyə heç də hamı riayət edə bilmir. Çünki bu zaman fərdilik arxa plana keçir. Səbəbi isə insanların kompakt yaşadıqları yerlərdə məişət tullantıların sürətlə çoxalması və vaxtı-vaxtında müvafiq idarələr tərəfindən təmizlənməməsidir. Şəhər və rayon rəhbərlərinin bu qəbildən olan problemlərin həllinə biganə yanaşması isə sözün əsl mənasında insanların həyati təhlükəsinə və faciəyə gətirib çıxarır.Elə Kürdəmirdə olduğu kimi…

Kanal32.az-a məlumat verən bir qrup Kürdəmir rayon sakininin sözlərinə görə, neçə ildir fotoda gördüyünüz yığılan məişət tullantıları gecələr naməlum şəxslər tərəfindən yandırılması xəstəliklərin yayıldığı bir vaxtda ərazidəki antisanitar vəziyyəti daha da çətinləşdirir.
Sakinlər onu da bildiriblər ki,dəfələrlə rayonun aidiyyatı idarə və təşkilatlarına mövcud problemlə bağlı müraciət etsələr də, bu günə kimi heç bir tədbir görülməyib.Rayon sakinlərinin üzləşdikləri ciddi problemi “Report”un əməkdaşı da lentə alıb. İcra başçısı Ceyhun Cəfərov baxsın,düşünsün(?) və necə rəhbər olduğuna vicdanla qiymət versin…Həmin videonu təqdim edirk:
Yaranmış vəziyyəti təhlil edəndə görürük ki,Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov yay aylarında sərin və rahat kabinetdə oturduğundan çöldəki 45-50 dərəcə istidən xəbərsiz olur.Əgər belə olmasaydı, insanların evlərinin bir addımlığındakı zibil paliqonundan qalxan tüstünün yaratdığı antisanitar vəziyyəti,uşaqların həyatı üçün yaranan təhlükəni anlayardı. Hətta,sakinlər o həddə çatıblar ki, COVİD-19 pandemiyasına qarşı görəcəkləri tədbirləri, özlərini qorumağı belə unudublar.

Ən maraqlısı (əslində isə dəhşətlisi) odur ki,hər gün poliqonda yandırılan zibillərin tüstüsü şəhərin yarıdan çox hissəsini əhatə edir, bir hissəsində isə evlər belə görünməz olur. Yəqin icra başçısı Ceyhun Cəfərov da sərin və kamfortlu kabinetdinən çıxanda tüstüdən şəhəri digər hissəsini görə bilmir(?). Hələ bu azmış kimi təhlükə mənbəyi olan zibilxana Ulu öndər Heydər Əliyevin adını daşıyan Muzeyinin təxminən 150 metrliyində yerləşir.
Ekoloqlar və həkimlər deyir ki, ərazidəki mövcud olan vəziyyət azyaşlı uşaqların,eləcə də tənəffüs yolları xəstəliyindən əziyyət çəkən insanların sağlamlığı üçün ciddi həyati təhlükədir.
Sakinlər mətbuat vasitəsi ilə müvafiq yuxarı orqanlardan təcili kömək istəyir. Onlar Ceyhun Cəfərovdan artıq əllərini üzüblər.
Onu da qeyd edək ki,Kürdəmir rayonu koronavirusun ən çox yayıldığı rayonlardan biridir. Görəsən,icra başçısı belə problemlərin mövcudluğundan xəbərdar olduğu halda özündə bir məsuliyyəti hiss edirmi???

Kürdəmir mövzusunun ARDI VAR…

Kanal32.az

Kürdəmirdə yaranmış təhlükəli vəziyyətin cavabdehi icra başçısıdır-VİDEO+FOTO




Geri qayıt