Gəncədə eyni palatada gündüz hemodializ, gecə koronavirus xəstələri müalicə alır? - Video

Gəncədə eyni palatada gündüz hemodializ, gecə koronavirus xəstələri müalicə alır? - Video Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın hemodializ şöbəsinə gecələr koronavirus xəstələrinin yerləşdirildiyi iddia edilib...
PİA.az xəbər verir ki, iddianı sözügedən xəstəxananın hemodializ şöbəsində xəstə kimi müalicə alan Vüqar adlı şəxs səsləndirib. O bununla bağlı video yayımlayıb və bildirib ki, bu hal xəstəxana rəhbərliyi tərəfindən həyata keçirilir:

“Şöbə müdiri xəstələrdən analiz götürmür, çağırırıq zala girmir. Bu azmış kimi səhiyyə idarəsinin müdiri Nazim həkim və hemodializ şöbəsinin müdiri Səbinə həkim gecələri bizim zala koronaviruslu xəstələri qoşur. Çağırıb müraciət edirik, şöbə müdiri bizim müraciətimizə baxmır. Çünki bizim zalda koronaviruslu və şübhəli xəstələr olur. Bundan başqa şöbəmizdə həkim də yoxdur, dərmanlar çox az verilir”.

Həmin şəxs xəstəxana rəhbərliyinin bəzi işçiləri işdən uzaqlaşdırmaqla təhdid etdiyini də iddia edib:

“Tibbi personalı da məcbur edirlər ki, siz ya bu xəstələri qoşmalısınız, ya da işdən çıxardacam. Xüsusi palatalar olduğu halda dializ xəstələrinin olduğu ümumi zala qoşurlar”. (Yeniavaz.com)
Geri qayıt