Qarabağ qazisi Bələdiyyə sədrini sərt ittiham etdi və…-FOTOFAKT

Qarabağ qazisi Bələdiyyə sədrini sərt ittiham etdi və…-FOTOFAKT Qarabağ qazisi Mingəçevir Bələdiyyəsinin sədrinin fəaliyyətinə xitam verilməsini istəyir.

Qarabağ qazisi,2-ci qrup əlil, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Mingəçevir şəhər təşkilatının sədri Natiq Həsənov “Kanal32” İnformasiya Agentliyinin və “Azərbyacn Bələdiyyəsi” qəzetinin redaksiyasına müraciət məktubu göndərib.Təşkilat sədri iddia edir ki,Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev Qarabağ döyüşlərinin iştirakçısı olan təşkilat üzvlərinin problemlərinin həllinə biganə yanaşır və onlara lazımi köməkliyi göstərmir. Dəfələrlə müraciət etməyimə baxmayaraq,sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq,bu fəaliyyəti genişləndirmək üçün mənə və birliyin üzvlərinə torpaq sahəsi vermir.

Redaksiya olaraq həmin məktubu olduğu kimi təqdim edirik:

Müraciət məktubunda o da qeyd olunur ki,ölkə başçısı qanunsuz əməllərinə görə Mingəçevir Bələdiyyəsinin sədrinin fəaliyyətinə xitam versin.
Mingəçevir Bələdiyyəsi Qarabağ qazisi,2-ci qrup əlil, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Mingəçevir şəhər təşkilatının sədri Natiq Həsənovun ittihamlarına cavab verib. Redaksiyamıza rəsmi məktub göndərən şəhər bələdiyyəsi bildirib ki,2003,2006 və 2007-ci illərdə Natiq Həsənovun müraciəti əsasında ona həm fərdi mənzil tikintisi,həm də sahibkarlıq fəaliyyəti üçün torpaq sahələri ayrılıb.Lakin sonradan Natiq Həsənov sahibkarlıq fəaliyyəti üçün ona verilmiş torpaq sahəsinin birini birliyin üzvü Allahverdiyev Bəhruz Salman oğluna,digərini isə Rüstəmov Mübariz Adil oğluna icarəyə vermişdir.
Mingəçevir Şəhər Bələdiyyəsi Qarabağ qazisi,2-ci qrup əlil Həsənov Natiq Nəriman oğlunun iddialarını əsasız sayır. Redaksiyamıza göndərilən həmin rəsmi sənədləri təqdim edirik:
Mingəçevir Şəhər Bələdiyyəsindən o da bildirilib ki,Natiq Həsənov rəhbərlik etdiyi birliyin adından sui istifadə edir və onun cəmiyyətin ümumi istifadəsinə verilmiş torpaq sahələrini başqa şəxslərə icrarəyə verməsi qanunsuzdur.

Kanal32.az
Qarabağ qazisi Bələdiyyə sədrini sərt ittiham etdi və…-FOTOFAKT





Geri qayıt