Daşkəsəndə məmur başının dəstəsi ilə vətəndaşı qanına qəltan edib! – Şikayət (FOTOLAR+ VİDEO)

Daşkəsəndə məmur başının dəstəsi ilə vətəndaşı qanına qəltan edib! – Şikayət (FOTOLAR+ VİDEO) Dövlət başçısı çıxışlarında dəfələrlə məmur özbaşınalığına, vəzifəli şəxslərin yaxınlarının harın davranışlarına sərt münasibət göstərəcəyini bəyan etsə də, zaman-zaman belə sərt münasibəti göstərsə, bir neçə məmur buna görə işdən çıxarılsa da, hələ də belə hallara yol verənlər var.
Belələrindən biri ilə bağlı Daşkəsən rayon Zəylik kənd sakini Ağayev Azər “Dünyanınsəsi.Az” saytı vasitəsilə ölkə Prezidenti İlham Əliyevə, Vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Kamran Əliyevə, daxili işlr naziri Vilayət Eyvazova müraciət ünvanlayıb. Onun şikayəti Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Allahverdiyev İnqilab Allahverdi oğlu və onun illərdir kənddə yaratmış olduğu “qoluçommaq”lı əmisi oğlanlarıdır. O, Etibar Allahverdiyevi və ətrafını qanunsuzluqda, onu vəhşicəsinə döyməkdə ittiham edir.

“Hazırda Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Allahverdiyev İnqilab Allahverdi oğlunun doğma qardaşları və əmisi oğlanları sözügedən kənddə “kəndxudalıq” edir, əhalini döyüb əzməklə əməlli başlı vətəndaşlara terror əsdirir.Hazırda Nəsib Allahverdiyev əmisi oğlu Etibar Allahverdiyevin qardaşlarıda daxil olmaqla rayondakı nüfuzları və qulluq mövqelərindən sui-istifadə etməklə , fiziki güc tətbiq etmək yolu ilə əhalinin kasıb təbəqəsini əzməklə məşğuldurlar.

Şikayətdə daha sonra bildirilir ki, bütün bir kəndə qarşı Etibar Allahverdiyevin kriminal dəstəsi belə əməllər edir, cəzasız qalır. Eyni zamanda insanların halal torpaqlarını mənimsəyib, kütləvi narazılıq yaratmağa çalışır: “Hazırda yaşadığımız Zəylik kəndinin əhalisi mal-qarasının örüş-otlaq sahəsini ələ keçirərək, kənd sakinlərini hökumətdən narazı salmaq istəyir. Ona görə də, Sizlərdən xahiş edirəm ki, Etibar Allahverdiyevin dəstəsinin qanunsuz əməllərinə lazımı qiymət verilməsini təmin edəsiniz. Mənim kimi sadə vətəndaşların tapdanmış hüquqlarının bərpasına göstəriş verəsiniz”.
P.S. Müraciətdə səslənən ittihamlarla bağlı Etibar Allahverdiyevin da mövqeyini işıqlandırmağa hazırıq!

Dünyanınsəsi.Az

Daşkəsəndə məmur başının dəstəsi ilə vətəndaşı qanına qəltan edib! – Şikayət (FOTOLAR+ VİDEO)

Geri qayıt