"Rəcəb Babaşov söz versə də, torpaq vermədi” – Qarabağ döyüşçüsü icra başçısından şikayətçidir

"Rəcəb Babaşov söz versə də, torpaq vermədi” – Qarabağ döyüşçüsü icra başçısından şikayətçidir Qazax rayon sakini Eyyubov Qənbər Səlim oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Rayonun icra başçısı Rəcəb Babaşovdan prezident İlham Əliyevə şikayət edən Q.Eyyubov yazır:

“Cənab Prezident!

Mən Qarabağ döyüşçüsüyəm. Özüm sərbəst güləş üzrə 1-ci dərəcəli idman ustasıyam. 1993-cü ildə ulu öndər Heydər Əliyev Allah Şükür Paşazadəylə birgə, yaxşı döyüşçü olduğuma görə mənə Azərbaycanın Hərbi Silahlı Qüvvələrin yaranma günü münasibətiylə konvertin içində 2500 manat mükafat təqdim etmişdir. İndi mən qoruduğum dövlətin torpağından 1 pay torpaq ala bilmirəm. Amma Qazaxda torpaq sahələri 1 sotu 800 manata açıq satışdadır. Vəzifəlilər hamısı 20 sot, 50 sot torpaq alıblar. Əhalinin ehtiyacı olan kasıb təbəqəsi isə övladlarını evləndirmək üçün ev tikməyə torpaq ala bilmirlər.

Evləndirəsi iki oğlum var. Mən nə etməliyəm? Mənə bir yol göstərin? Mən Sizin əsgərinizəm! Sabah döyüş başlansa, yenə gedəcəyəm. Mənim fiziki hazırlığım döyüşməyə tam imkan verir.

Dəfələrlə Qazax rayonunun icra başçısı Rəcəb Babaşovun qəbulunda olmuşam. Söz versə də, torpaq verməyib. Xahiş edirəm, mənə 1 pay torpaq sahəsi verilsin. Buna mənim haqqım çatır. Çünki bu torpağı əlində silah qoruyanlardan biri də mən olmuşam.

Hürriyet.org

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Geri qayıt