"Azərişıq” rəhbərinin nəzərinə - Elektrik şəbəkəsinin müdiri insanların həyatı ilə oynayır...

"Azərişıq” rəhbərinin nəzərinə - Elektrik şəbəkəsinin müdiri insanların həyatı ilə oynayır... 21-ci əsrdə işıq dirəyi olaraq çır-çırpıdan istifadə ediləməsi və naqillərin yerdən 60-80 sm yüksəklikdən getməsi, üstəlik həmin ərazidə uşaqların olması antimöcüzə kimi bir şeydir...
Əslində aşağıda baxacağınız videoçarxa şərh vermək yersizdir. Çünki bir məmurun və bir dövlət qurumunun uşaq böyük olmaqla insanların canları və malları ilə oynaması özü-özündən ortadadır. Və gördüyümüz mənzərəyə məsuliyyətsizlik də demək mümkün deyil. Bu sözün tam anlamıyla cinayətdir.
Qeyd edək ki, izlədiyininz videoçarx Gədəbəy rayonunun Əlinağılar kəndində çəkilib və “WhatsApp” xəttimizə göndərilib. Vüdeoçarxda da qeyd edildiyi kimi, 21-ci əsrdə işıq dirəyi olaraq çır-çırpıdan istifadə ediləməsi və naqillərin yerdən 60-80 sm yüksəklikdən getməsi, üstəlik həmin ərazidə uşaqların olması antimöcüzə kimi bir şeydir. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əhaliyə bu şəkildə xidmət göstərməsi qarşısında deyiləcək bir sözümüz yoxdur. Ola bilər ki, “Azərişıq” ASC-nin rəhbərliyinin bu vəziyyətdən xəbəri olmasın. Amma Gədəbəy Elektrik Şəbəkəsinin müdirinin bundan xəbərsiz olması inanılası deyil Çünki məhz onun işçiləri hər ay gedib o “abonentlərdən” işıq pulu alır.

Xatırladaq ki, Gədəbəy Elektrik Şəbəkəsinin müdiri Akif Əsgərovdur. Məsələ ilə bağlı Akif Əsgərovla əlaqə saxlamaq istədik. Şəbəkəyə etdiyimiz zənglərə cavab verən olmadı.

Onu da qeyd edək ki, belə vəziyyət təkcə Gədəbəy rayonunun Əlinağılar kəndində deyil. Azərbaycanın bir çox rayonlarında buna oxşar vəziyyətlər çoxdur. Rayonların böyük əksəriyyətində isə istifadə müddəti çoxdan bitmiş, ötən əsrin 60-70-ci illərində basdırılmış dirəklər və naqillər vasitəsi ilə abonentlərə elektrik enerjisi verilir. Yəni “Azərişıq” ASC artıq 20-ci əsrdən 21-ci əsrə keçid etməlidir.

Pia.az

"Azərişıq” rəhbərinin nəzərinə - Elektrik şəbəkəsinin müdiri insanların həyatı ilə oynayır...




Geri qayıt