Əhmadzədənin bundan xəbəri var?- Rusiyada yaşayıb Ağcabədi Suvarma Sistemləri İdarəsində maaş alanlar var - İDDİA/VİDEO

Bunu Sənan Həsənoğlu öz növbəti verilişində deyir.
Sənan Həsənoğlunun dediyinə görə, Ağcabədi Suvarma Sistemləri İdarəsi rəisi Malik Mirzəyev Rusiyada yaşayıb Ağcabədidə maaş alan insanları saxlayır.
Zəruri qeyd:Cumhuriyyet.az-ın bildirdiyinə görə, Mirzəyev Malik icra başçısı Şahin Məmmədovla eyni kənddəndirlər. Eyni zamanda Şahin Məmmədovun əmisi oğlu Əzən Məmmədovun qızının həyat yoldaşıdır.
Qarşı tərəfin mövqeyini işıqlandərmağa hazırıq!