İcra başçısı bacanağını özünə köməkçi təyin etdi

İcra başçısı bacanağını özünə köməkçi təyin etdi Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov işdən çıxarılan müavinə vəzifə verib.

Unikal.org-a istinadən xəbər veririk ki, İlqar Abbasovun əmri ilə Yolçiyev Etibar Səlim oğlu Şirvan Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi təyin edilib.

Qeyd edək ki, E.Yolçiyev başçının bacanağıdır və İlqar Abbasov Suraxanı rayon icra Hakimiyyətinin başçısı olarkən müavini olub.
Geri qayıt