Məcburi köçkün Aqil Nəzərlidən narazıdır -ŞİKAYƏT

Məcburi köçkün Aqil Nəzərlidən narazıdır -ŞİKAYƏT Laçın rayonunun Alxaslı kənd sakini Zərdab rayonunun Böyük Dəkkə kəndində məskunlaşmış məcburi köçkün Rzayev Nahid Zahid oğlu tərəfindən

MÜRACİƏT
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm.
Mənim 26 yaşım var, valdeyinlərim vəfat ediblər.1992-ci il tarixdə Laçın rayonu ermənilər tərəfindən işğal olandan sonra valideyinlərim Zərdab rayonunun Böyük Dəkkə kəndində məskunlaşıblar.Valideyinlərim xəstəliyə düçar oldular maddi imkansızlıqdan müalicə etdirə bilmədik deyə vəfat etdilər.
Hazırda heç bir yerdə işləmirəm.Subayam evimiz qarğıdan düzəldilmiş komadır ki, orada heç heyvanda saxlamaq olmaz. Məskunlaşdığımız Zərdabın Böyük Dəkkə kəndində atam ev inşa etdirmək istəyirdi ki, xəstəliyə düçar oldu deyə yarımçıq qaldı.Bundan sonra anam xəstəliyə düçar oldu müalicə etdirə bilmədik deyə vəfat etdi.İndi kimsəsiz qarğı damında qalmışam.
Məcburi köçkünlər üçün verilən çörək pulumuda qanunsuz olaraq dayandırıblar.
Nə işim var, nə evim nədə ki, kimsəm çıxılmaz vəziyyətdə acınacaqlı durumda yaşayıram.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Laçın rayon icra hakimiyyəti başçıs cənab Aqil Nəzərliyə müraciət etsəm də, mənə köməklik göstərmirlər. Həttda məni məcburi köçkünlərə dövlət tərəfindən inşa edilib paylanılan mənzillədə təmin etmirlər.
Hörmətli Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Sizdən çox-çox xahiş edirəm yarımçıq qalmış evimizin tikilməsinə köməklik göstərəsiniz.
Əlaqə telefonu; 051 536-86-26
Məcburi köçkün Aqil Nəzərlidən narazıdır -ŞİKAYƏT









Geri qayıt