Siraqəddin Cabbarov arxayınlaşıb... - İDDİA

Siraqəddin Cabbarov arxayınlaşıb... - İDDİA Bir neçə gün əvvəl Prezident İlham Əliyev Saatlı rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovu istefaya göndərdi. Bunun ardından sosial şəbəkələrdə belə bir xəbər yayıldı ki, əslində Saatlı RİH rəhbəri canını qurtardı.

Təbii ki, burada söhbət Dövlət Təhlükəsizlik Komitəsinin rayon icra hakimiyyəti başçılarına qarşı keçirdiyi əməliyyatlardan gedir. SŞ-lərdə gedən yazılrada belə bir qənaət formalaşırdı ki, Nazim İsmayılov bu yolla özünü həm həbsdən, həm də ictimai biabırçılıqdan qurtarmış oldu.

Qeyd edək ki, Buna qədər Nazim İsmayılov Sabirabad rayonuna rəhbərlik edib. Ona qədərsə Saatlıya Siraqəddin Cabbaorv başçılıq edirdi. Hansı ki hazırda Sabirabada rəhbərlik edir.

Elə DİA.AZ-a gələn xəbərlər də Siraqəddin Cabbarovla bağlıdır. Belə ki, xəbəri verən mənbəyə görə, Siraqəddin Cabbaorv DTX həbslərini ərəfisndə ciddi sarsıntı keçirsə də, hətta kabinetinin bütün gizli yerlərini ciddi şəkildə araşdırdıtsa da, hazırda arxayınlaşmış durumdadır.

Mənbənin dia.az-a söylədikləri: "Siraqəddin Cabbarov yaxınlarına "daha mənlik deyil, məndən ötüb" deyərək bir əminlik fonu yaratmaqdadır. Hətta kabinetini didik-didik də etdirib ki, öz ösylədiklərinə özü də əmin olsun".

Xatırladaq ki, yerli KİV-də Siraqəddin Cabbarovla bağlı müsbət bir xəbəri tapmaq çox çətindir. Amma görünəni odur ki, bütün bunlara rəğmən Sabirabadın şefi kifayət qədər arxayındır...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt