Astarada BİABIRÇILIQ: Qəzənfər Ağayev xidməti otağını dəyişir….

Astarada BİABIRÇILIQ: Qəzənfər Ağayev xidməti otağını dəyişir…. Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev xidməti otağında axtarış əməliyyatına başlayıb.

Bu barədə dosye.org-a məlumat verən mənbənin sözlərinə görə, məlum həbslərdən sonra icra başçısı bərk səksəkəyə düşüb. Etiraf edək ki, bu cür hallar adətən cinayətkarlarda və digər qanunsuz şəbəkədə cəmləşən şəxslərdə müşahidə olunur. Nəzərinizə çatdıraq ki, bir müddət öncə ölkə mətbuatında və sosial şəbəkədə Astara RİH başçısı Qəzənfər Ağayevin rayonda təhsli, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan rəhbər şəxslərdən böyük məbləğdə rüşvət tələb etdiyi iddia edilirdi.

Məyusedici hal ondan ibarətdir ki, bi neçə il bundan əvvəl dövlət başçısı korrupsiyaya qarşı amansız mübarizənin başlanacağını söyləsədə, bəzi icra başçıları prezidentin çıxışını ciddiliyə almadı və öz qara niyyətlərini həyata keçirtməyə çalışdı. Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edildikdən sonra vəziyyətin mürəkkəbliyə doğru dəyişəcəyi məlum idi.

Ən azından DTX kimi möhtəşəm bir quruma peşəkar, dövlətə sədaqətlə xidmət edən Əli Nağıyev təyin edildi. Ölkə başçısı cənab İlham Əliyevin siyasətinə vicdanla xidmət edən cənab Ə. Nağıyev çox keçmədən ölkədə siyasi xainləri ustalıqla ifşa etdi. Məhz Ağstafa, Yevlax, Neftçala və Biləsuvar rayonlarında keçirilən əməliyyatlar sübut etdi ki, məmur özbaşınalıqları, rüşvətxorluq və digər neqativ hallar hələ də mövcuddur.

Əslində, Astara RİH başçısı Qəzənfər Ağayev son əməliyyatlardan narahat olmamalı idi. Əksinə, öz iradəsinə arxalanıb çəkinmədən aparılacaq bütün əməliyyatlara hazır olmalı və prezidentin etimadını sözün həqiqi mənasında doğrulduğunu isbatlamalıdır. Amma icra hakimiyyətindən sızan məlumatlar bunun əksini göstərdi. Vahiməyə düşüb xidməti otağında təmizlik işlərini aparan icra başçısı heç zaman dövlətə və prezidentə xidmət etmək iqtidarında deyil.

Araşdırmalarımız davam edir.
Geri qayıt