Vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində bütün tədbirlər həyata keçirilir

Vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində bütün tədbirlər həyata keçirilir Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Quba Rayon Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici və izahedici söhbətlər apararaq, onların sağlamlıqlarının təmin olunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər.
Həmçinin polis əməkdaşları rayon ərazisində təqaüd və sosial müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq qeyd ərazilərə xüsusi nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirirlər. Eləcə də marşrut xəttləri ilə hərəkət edən bütün avtobuslara nəzarət gücləndirilib və oturacaq sayından artıq sərnişin daşıyan sürücülər aşkarlanaraq, barələrində tədbirlər görülür.
Bundan əlavə polis əməkdaşları rayon ərazisində maskasız hərəkət edən sakinlərə tibbi maskalar paylayırlar.
Vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində bütün tədbirlər həyata keçirilir


Geri qayıt