Mərdan Camalov qollarını qandala sarı uzadır... - Camaat belə düşünür

Mərdan Camalov qollarını qandala sarı uzadır... - Camaat belə düşünür Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi son əməliyyatlar xalqda böyük rəğbət hissi qarşılanmaqdadır. Hər halda, olanı budur və bu gün DİA.AZ-a Zərdabdan göndərilən müraciətdə də eyni qənaət xüsusi olaraq vurğulanmaqdadır.

Narazı vətəndaşlar yazır:

"Bundan əvvəl icra başçısı Lütvəli Babayev canını qurtardı. Yəni indiki durum olsaydı, Əli Nağıyev DTX rəhbəri olsaydı, yəqin ki, Lütvəli Babayev də həbs olunacaqdı. Çünki köhnə başçı Zərdabı əməlli-başlı qarət etmişdi.

İndi isə Mərdan Camalov rayonumuzu talayır. Yeni adam deyil əslində. Bizim rayona qədər Şirvanda istədiyini edib. Mərbuatda yazılanlardan da onun hansı dərəcədə zülmkar rəhbər olduğunu görmüşdük.

Zərdaba təyin olunanda bir tərəfdən sevinsək də, digər tərəfdən qanımız qaraldı. Ona görə sevindik ki, canımız nəhayətdə Lütvəli Babayev kimi bir quldurdan qurtarmışdı. Amma qanımız ona görə qaraldı ki, yeni təyin olunan Mərdan Camalov köhnəsindən heç nəyi ilə fərqlənmirdi və o da gəlib camaata yox, özünə gün ağlayacaqdı.

Gözlədiyimiz də oldu. Bu gün Zərdab rayonu du=izini yerə atıb, Allaha dua edir ki, DTX-nin qara maskalıları üzlərini bizim rayona da çevirsinlər. Fakt istəyirlər? Ehtiyac yoxdur ki, əziyyətə qatlaşsınlar. Elə Zərdabda hansı evə girsələr, başçıdan elə şeyləri öyrənə bilərlər ki, təkcə Mərdan Camalovu yox, onunla bərabər rayonun bütün məmurlarını dama doldursunlar..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt