Muxtar Babayev 6 saylı Regional İdarənin rüşvət alıb iş görməyən işçisini niyə cəzalandırmır?

Muxtar Babayev 6 saylı Regional İdarənin rüşvət alıb iş görməyən işçisini niyə cəzalandırmır? Oğuz rayonun Dəymədağlı kənd sakini Kərimov İlqar Baba oğlu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin süründürməçi, məsuliyyətsiz, rüşvətxor məmurlarının qanunazidd hərəkətləri barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, I Vitse -prezidenti, Mehriban xanım Əliyevaya, Baş naziri cənab Əli Əsədova, Baş prokuroru cənab K.Əliyevə, Ekologiya və Təbii Sərvətlər naziri M.Babayevə, Azərbaycan Respublikasının Ombudsman Aparatının rəhbərinə,Oğuz rayon İcra Hakimiyyətinin başçısı E.Qurbanova,Oğuz Rayon Prokurorluğuna və bir neçə hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edib. Vətəndaş sözügedən müraciətin bir surətıni də üzləşdiyi problemin həlli üçün geniş ictimaiyyətin müzakirəsinə çıxarılması məqsədi ilə bir Kütləvi İnformasiya Vasitəsi olaraq Aktualinfo.org saytının elektron poçtuna ünvanlayıb.Aktualinfo.org vətəndaş Kərimov İlqar Baba oğlunun müraciətini olduğu kimi oxuculara təqdim edir.O,yazır:

Mən, Oğuz rayonu Sincan kəndinin girəcəyində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 94-cü km-də, sağ tərəfdəki mühafizə zolağından kənarda Gülay Osmanovla birlikdə 2014-cü ildən ərzaq mallarının satışı məqsədi ilə marketi inşa etmişik. Lakin bizim marketə giriş-çıxışı əngəlləmək üçün qonşu marketin sahibi tərəfindən gecə ikən qanunsuz olaraq dekorativ gül kolları əkilmişdir.Qonşu marketin sahibi bu günə kimi də bizi ölümlə hədləyir ki, əkdiyi kolları çıxarsa hamını öldürərəm. Biz də məslənin qanuni həll olunmsı üçün 2016-cı ildən “Azəravtoyola” müraciət etdik. Cavab verdilər ki, yaşıllığın köçürülməsi bizim səlahiyyətizidə deyildir. Yerli Sincan Bələdiyyəsi də rəsmən razılıq veribdir ki, kolların məktəb ərazisinə köçürülməsi vacibdir. Oğuz rayon İH-nin Baş memarından da 2014-cü ildən razılıq almışıq ki, bu ərazidə sahibkar kimi obyekt tikib istifadə edə bilərik.

Biz Ekologiya Nazirliyinin aidiyyatı üzrə əvvlki 11 saylı ( hazırda 6 saylı) Təbii Sərvətlər İdarəsinin rəisi olmuş və hazırda həmin idarədə şöbə rəisi olan Əlirza Əliyevə müraciət etdik. O da şəxsən gəlib əraziyə baxış keçirdi və gül kollarının köçürülməsi üçün rəy alınmasını və bununla da yolun açılmasını bildirmişdir. O texniki məslələrin həlli üçün 2 min manat pul lazım olduğunu bildirmişdir. Mən də 2016-cı il mayın 5-də İdarədə Ə.Əliyevin köməkçisi olan inspektor Cığıyev Nərimana 2 min mnat pulu verdim. O gündən indiyədək,yəni 4 ildir ki, Əlirzanın qapısına ayaq döyürəm. Hər dəfə də düzələr, həll edərik və s. sərsəm süründürməçi sözlər işlədib məni yola salır. Ona görə də mən 30.07.2019-cu ildə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin qəbulunda oldum. O da indiki müdir Ziya Cəbrayılova məslənin həlli üçün göstəriş verdi. Amma 10 aydır ki, heç bir hərəkət yoxdur. Budur, 4 aydır ki, hər şeydən bezib marketi açmışıq. Alıcıların marketə daxil olmasında çətinlik var. Amma baxan yoxdur. Oğuz rayon İcra Hakimiyyətinin başçısına, baş memara, Ekologiya İdarəsinə, nazirə müraciətlər etsək də faydası olmayıb.

Biz də məcbur olub bir sahibkar kimi, Kütləvi İnformasiya Vasitələrinin köməyi ilə indiki pandemiya dövründə dövlətimizin başçısına və yuxarı orqanlara müraciət edirik. Nəticəsi olmasa, ailəmlə birlikdə aclıq aksiyasına başlayacağam ki, qoy süründürməçi və məsuliyyətsiz məmurlar utansınlar.

Cənab Prezident! Çox xahiş edirəm ki, ETSN naziri və onun ərazi üzrə 6 saylı İdarəsi rəhbərliyinin məni saldıqları süründürməçiliyə son qoymasını, 4 il əvvəl aldıqları 2000 manat pulumun dərhal geri qaytarmaları və qanunsuz, plansız və şəxsiqərəzliklə marketimizin qarşısında əkilmiş kolların məktəb həyətinə köçürülməsinin təmin edilməsi barədə aidiyyatı üzrə göstəriş verəsiniz.
Geri qayıt