Binəqədi Rayon İcra Hakimiyətində Məmur Özbaşınalığı…Prezidentin Fərmanlarına Məhəl Qoyulmur-Video/Foto

Binəqədi Rayon İcra Hakimiyətində Məmur Özbaşınalığı…Prezidentin Fərmanlarına Məhəl Qoyulmur-Video/Foto Möhtərəm İlham Əliyev cənabları !
Sulu Təpə qəsəbə sakini 03.12.1982-ci il təvəllüdlü Mustafayev Fərahin Fədail oğlu müraciət edərək bildirmişdir ki, bir neçə illər öncə Binəqədi rayon ərazisində Sulu Təpə qəsəbəsində birinci mərtəbəsi hazır olan ev alaraq 5 nəfərdən ibarət ailəsi və anası ilə bu evə köçmüşlər. İkinci mərtəbəsini tamamlamaq məqsədi ilə dam örtüyünü vuran zaman bildirdiyinə görə Binəqədi RİH-nin məmuru, Səbuhi adlı şəxs dam örtüyünün vurulmasına, yəni tamamlama işi üçün vətəndaşdan 5000 AZN sonra isə 10000 AZN pul tələb etmiş və ödəmədiyi halda evinin söküləcəyi ilə hədələmişdir. Vətəndaşın bildirdiyinə və təqdim etdiyi səs yazısında (qeyd edir ki, Səbuhi ilə danışığının səs yazısıdır) Səbuhi adlı şəxs qeyd edir ki, «…mən özbaşınayam səndən pul götürəm…..bu gün 10000 ver get tik…..səhər traktor salım söküm oranı ?…..» və sonra həmin şəxsin yanındakı kəs «..sökmək lazımdır..» ifadəsini işlədir. Vətəndaşın bildirdiyinə görə səhəri gün gələrək evi sökməyə başlamışlar. Baxmayaraq ki, evin birinci mərtəbəsində 2006-cı və 2011-ci il təvəllüdlü qız övladları və 2007-ci il oğlan övladı, anası və həyat yoldaşı evin içində olmuşlar. Vətəndaşın bildirdiyinə və bizə təqdim etdiyi video görüntüdə də görünür ki, daşların, taxtaların sökülməsi ilə yanaşı Səbuhi adlı şəxs metal dam örtüklərinin ağır çəkiclə əzilməsi və linglə deşilməsi barədə əmrlər də verir. Bu birbaşa bilərəkdən vətəndaşa maddi zərbə vurmaqla yanaşı mənəvi iztirab vermək deməkdir. Vətəndaşın bildirdiyinə görə Səbuhi adlı şəxs qeyd etmişdir ki, tikintini başa çatdırmaq üçün Binəqədi RİH-də Azər və Tapdıq adlı şəxslərə tabedir ki, vətəndaş onların da «dobrosunu» almalıdır.
Möhtərəm İlham Əliyev cənabları !
Siz dəfələrlə çıxışlarınızda xüsusilə qeyd edərək vurğulamışsınız ki, məmurlar vətəndaşları incitməsinlər.! Onların problemlərinə qayğı ilə yanaşsınlar.! Bütün məsələlər qanuna müvafiq həll edilsin.! Təqdim edilmiş video görüntüdən də görünür ki. sökülən evin ətrafında digər tikililər də mövcuddur. Bildiyimizə görə Sulu Təpə qəsəbəsində əksəriyyət evlər sənədsizdir. Sizin göstərişinizə əsasən sənədsiz evlərin ilin əvvəlindən sənədləşdirilməsinə başlanmalı idi. Bu bütün vətəndaşlar tərəfindən təqdirə layiq qərar olaraq qarşılanmış və alqışlanmışdır. Vətəndaşlarda ümid çırağı yanmışdır. Bir çox bölgələrdə bunun icrasına başlanılmışdır. Lakin dəfələrlə özümüz də şahidi olmuşuq ki, Binəqədi rayonunda sanki başqa bir dövlət və başqa bir rəhbər idarəçilik edir. Qanunvericiliyimizdə də, «Şəhərsalma və Tikinti» Məcəlləsində də söküntünün aparılması qaydaları təsbit edilmişdir. Lakin dəfələrlə şahidi oluruq ki, bir çox RİH-nin başçıları bu Qanunlara məhəl qoymayaraq bilavasitə özləri olmasa da tabeçiliklərində olan məmurların vasitəsi ilə vətəndaşların hüquqi bisavadlığından istifadə edərək «tikintiyə icazə» adı altında vətəndaşlara müxtəlif banklarda açılmış hesab nömrələrinə xeyli miqdarda pul köçürmələrini və bundan sonra tikinti aparmalarına «icazə verirlər» . Bir hallarda da bilavasitə tələb etdikləri məbləği götürməkdən də çəkinmirlər. Araşdırma zamanı məlum olur ki, banklara köçürülən pullar bələdiyyələrə ianə kimi qeyd edilir. Demək olar ki, heç bir İH-lərində vətəndaşlara tikintiyə aid dövlətə ödəniləcək rüsumun məbləği və qaydası izah edilmir, gizlədilir. Onlarla razılaşmayanlara isə müxtəlif vasitə və üsullarla təzyiqlərdən, hətta fiziki təzyiqlərdən belə istifadə edirlər. Bundan müxtəlif maraqlı tərəflər istifadə edərək yayımlamaqla dövlətin siyasətinə, dövlətin imicinə xələl gətirməyə çalışırlar və buna səbəb də yerli İH-nin başçılarının özbaşınalığıdır. Baxmayaraq ki. Ağstafa və Yevlax rayonlarında belə hallara qarşı təqdirə layiq əməliyyat həyata keçirildi və Sizin tərəfinizdən ciddi xəbərdarlıq edildi. İlk vaxtlar ehtiyyatlansalar da lakin son vaxtlar onlarda yenə də arxayınlıq yaranmışdır.
Möhtərəm Prezident, hörmətli İlham Əliyev cənabları !
Vətəndaşın təqdim etdiyi video görüntüləri, səs yazısını foto çəkilişləri Sizə ünvanlamaqla ümidvarıq ki, belə vəhşiliyə, özbaşınalığa yol verən şəxslərə qarşı ciddi tədbir görüləcək,vətəndaşın hüquqları bərpa olunmaqla yanaşı ona vurulan zərərin dəyəri ödəniləcəkdir. Öncədən Sizə öz adımdan və vətəndaşın adından dəri ehtiramımı minnətdarlığımızı bildirirəm.
Vətəndaşın əlaqə nömrəsi——-+994503874181
Geri qayıt